Kann Festivalını heyran qoyan kuir drama "La Bola Negra"
Kann Film Festivalını heyran qoyan kuir tarixi drama "La Bola Negra" haqqında bilinən hər şey
03/Sep/26
53
Kann Film Festivalını heyran qoyan kuir tarixi drama "La Bola Negra" haqqında bilinən hər şey
İspan dilində çəkilmiş "La Bola Negra" filmi kiçik bir layihə kimi başlasa da, tənqidçilərin sevimlisinə və gözlənilməz uğur hekayəsinə çevrilib.
Rejissorlar Javier Calvo və Javier Ambrossi-nin (sənaye dairələrində "Los Xavis" adı ilə tanınırlar) bu böyük layihəsi Kann Film Festivalında Ən Yaxşı Rejissor mükafatını qazanıb, tamaşadan sonra 20 dəqiqəlik ayaqüstü alqış almaq bu filmi festivalın ən çox danışılan hadisələrindən birinə çevirib. Nümayişin ardınca filmin distribüsiya hüquqları uğrunda studiyalar arasında rəqabət başlayıb.
Calvo və Ambrossi 13 illik münasibətdən sonra 2025-ci ilin noyabrında romantik əlaqələrinə son qoysalar da, "Drag Race España" verilişində jüri üzvü kimi tanınan cütlük peşəkar əməkdaşlığını davam etdirib.
Film təkcə gey rejissorlar tərəfindən çəkilməklə və açıq gey aktyor Julio Torresi baş rolda təqdim etməklə kifayətlənməyib. O, fərqli tarixi dövrlərdə yaşayan üç gey kişinin hekayəsini bir araya gətirib. LGBTQİ+ mövzulu tammetrajlı filmlərin sayı hələ də az olsa da, "La Bola Negra"nın həm tamaşaçılar, həm də mükafat mövsümündə diqqət mərkəzində olacağı gözlənilir.
Kim çəkilib?
Filmdə "Problemista" və "Los Espookys" serialları ilə tanınan Julio Torres Juan Pablo rolunu canlandırıb. Məşhur ispan müğənni-müəllif Gitarrikadelafuente Sebastian rolunda yer alıb. Onlara "Elite" serialının ulduzu Miguel Bernardeau, Carlos Gonzalez, Milo Quifes və Lola Duenas dəstək verib. Kastinqi Hollivud ulduzları Penelope Cruz və Glenn Close tamamlayıb.
Süjet nədən bəhs edir?
Filmin adı Federiko Garsia Lorca-nın bitirilməmiş pyesindən götürülüb. Hadisələr İspaniya tarixinin üç mühüm dövründə, 1932, 1937 və 2017-ci illərdə cərəyan edir və bir-biri ilə bağlı üç gey kişinin hekayəsini izləyir. Vaxt sərhədlərini aşan bu kuir hekayə Lorca və Alberto-nun bitirilməmiş "La Piedra Oscura" (Qaranlıq Daş) pyesindən ilhamlanıb, ssenari isə rejissorlar tərəfindən birgə yazılıb.
Nümayiş tarixləri
"La Bola Negra" 16 oktyabrda kinoteatrlarda nümayişə başlayacaq, 2 dekabrdan isə Netflix platformasında izləyicilərə təqdim olunacaq. Kanndakı uğurdan sonra ABŞ distribüsiya hüquqları uğrunda gedən rəqabətdə qalib gələn Netflix üçün bu, 2019-cu ildə "Marriage Story" filmindən bəri kinoteatr nümayişi ən uzun müddət davam edən layihə olacaq.
Mənbə: Out.com
Powered by Froala Editor