Avropa ilk dəfə Global Black Qürur Yürüşünə ev sahibliyi edir
Şənbə günü, 12 sentyabrda, Fransanın paytaxtı Parisin küçələrindən Global Black Pride (qaradərili LGBTQİ+ların şəxslərin Dünya Qürur Yürüşü) yürüşü keçiriləcək
11/Sep/26
14
Avropa ilk dəfə Global Black Qürur Yürüşünə ev sahibliyi edir
Şənbə günü, 12 sentyabrda, Fransanın paytaxtı Parisin küçələrindən Global Black Pride (qaradərili LGBTQİ+ların şəxslərin Dünya Qürur Yürüşü) yürüşü keçiriləcək, tədbir Respublika Meydanında musiqi festivalı ilə yekunlaşacaq..
Global Black Pride tədbirləri Parisdə sentyabrın 9-dan 13-dək davam edir. Bu, LGBTQİ+ hüquqları hərəkatı ilə qaradərili insanların hüquqları hərəkatının kəsişməsində qurulan festival və konfrans formatıdır. Global Black Pride ilk dəfə Avropada keçirilir. Əvvəllər tədbir Kanada və ABŞ-da təşkil olunub.
Sentyabrın 10 və 11-də yürü. çərçivəsində "The Global Black Queer Assembly: Power. Culture. Innovation." adlı konfrans keçirilir. Konfransda aktivistlər, siyasətçilər, həkimlər, sənətçilər və biznes nümayəndələri iştirak edir. Bəyan olunan mövzular insan hüquqları, LGBTQİ+lara qarşı irqçilik və ayrı-seçkilik, eləcə də həmrəyliyin gücləndirilməsi məsələlərini əhatə edir.
Powered by Froala Editor