Azərbaycanlı rejissorun filmi Oslo Fusion Film Festivalında nümayiş olunacaq

Azərbaycanlı rejissor Rana Əhmədin "Guilty for Being" ("Var olduğu üçün günahkar") adlı qısametrajlı filmi Norveçin Oslo Fusion Film Festivalında nümayiş olunacaq. Oslo Fusion LGBTQİ+ icmasının hekayələrinə həsr olunmuş Norveçin yeganə film festivalıdır.

10 dəqiqəlik film Azərbaycan dilində çəkilib, ingilis dilində altyazı ilə təqdim olunur. Filmin qısa təsvirinə görə, əsas qəhrəman sadəcə kuir olduğuna görə təzyiq və hədələrlə üzləşir: "Milli, mənəvi və ənənəvi dəyərlərin çox vaxt fərdi həyatlardan üstün tutulduğu bir cəmiyyətdə azlıqlar əksəriyyətə tabe olmağa məcbur edilir."

Film 19 sentyabr 2026-cı ildə saat 15:30-da Oslo şəhərindəki Cinemateket – Lillebil zalında, festivalın "Horizon Expanded" proqramı çərçivəsində nümayiş olunacaq.

Powered by Froala Editor