Seriallarda LGBTQİ+ personajların sayı azalıb
Seriallarda LGBTQİ+ personajların sayı bir ildə 25 faiz azalıb
22/Nov/26
41
Seriallarda LGBTQİ+ personajların sayı bir ildə 25 faiz azalıb
LGBTQİ+ personajları olan serialların populyarlığına baxmayaraq, televiziyada kuir personajların sayı azalmaqda davam edir. Amerikanın LGBTQİ+ təşkilatı GLAAD-ın "Where We Are on TV" illik hesabatına görə, son bir ildə kuir qəhrəmanlar təxminən 25 faiz azalıb, trans personajların sayı isə 79 faiz düşüb.
Tədqiqat 21-ci dəfədir aparılır. Müəlliflər yeni mövsümləri 1 iyun 2025-ci ildən 31 may 2026-cı ilədək yayımlanan serialları araşdırıblar. Araşdırmaya Amerikanın efir və kabel kanalları, eləcə də Netflix, HBO Max, Disney+ və Prime Video daxil olmaqla səkkiz ən böyük striminq platforması daxil edilib.
Tədqiqatçılar ümumilikdə 369 LGBTQİ+ personaj sayıblar. Bir il əvvəl bu say 489 olub, yəni bir televiziya mövsümündə 120, təxminən 25 faiz azalma müşahidə olunub. 2021-2022-ci illərdə isə GLAAD 637 belə personaj qeydə alıb.
Ən narahatedici nəticələr trans personajlara aiddir. Bir il əvvəl 33 trans personaj sayılmışdısa, indi cəmi yeddi trans personaj qalıb. Bunlardan altısı trans qadın və bir trans kişidir. Onların heç biri növbəti mövsümdə görünməyəcək. Belə ki, üçü artıq bağlanmış seriallarda, dördü isə məhdud sayda epizod üçün nəzərdə tutulmuş layihələrdə yer alıb. GLAAD keyfiyyət məsələsinə də toxunub. Yeddi personajdan ikisini ("Squid game" və "The Dead Girls" seriallarında) sis kişi aktyorlar oynayıb.
Powered by Froala Editor