“Hərbi Sinif”: Giorgi Rodionovla Performans Təlimi
Giorgi Rodionov Tiflisdə çalışan, sosial və siyasi mövzulara köklənmiş sənətçi və kuratordur.
14/Apr/19
3215
15/04 19:00
Giorgi Rodionovla SƏNƏTÇİ MÜZAKİRƏSİ
Giorgi Rodionov Tiflisdə çalışan, sosial və siyasi mövzulara köklənmiş sənətçi və kuratordur. Tiflisdə jurnalizm fakultəsini bitirdikdən sonra O, Avropaya köçüb və müasir incəsənət üzrə təhsilini davam etdirib. Onun sənət fəaliyyətinə müxtəlif Avropa ölkələrində və Gürcüstanda olan sərgilər, habelə fərqli mediumlarda nəşr olunan şəxsi layihələr daxildir. Cənubi Qafqazdan olan məhdud saylı fotoları sərgiləndirən Tiflisin birinci foto qalereyasının direktoru olaraq O həmçinin Tiflisdəki Untitled Gallery-nin həmtəsisçisidir. Bu məkan Ermənistan, Azərbaycan, və Gürcüstandan olan sənətçiləri birləşdirməyi hədəfə alaraq, sosial problemlər və Cənubi Qafqazda incəsənət sahəsində olan dəyişikliklər üzərində fokuslanmışdır.
Giorgi reallığın dəyişməz qalmasına baxmayaraq, performans yolu ilə problemlərə fərqli bucaqdan baxılmasının mümkünlüyü haqda danışacaq. Müzakirə onun orduda “Oyunçunu Tap” adlı performans təcrübəsinə və performansda bir qrup insanı, və ya bütöv bir cəmiyyəti idarə etmək üçün istifadə güc modelinə əsaslanacaq. Cəmiyyətdə təkrar-təkrar etdiyimiz hansı performans modellərinə yenidən nəzər salmaq lazımdır? Ən adi gündəlik hərəkətlər, onları kiminsə göstərişi ilə oynamaq lazım gəldikdə çaşdırıla, və ya unudula bilər, necə ki, yeni başlayan əsgər kapitan ona sola dönmə əmri verərkən bunu yerinə yetirə bilməyə bilər.
16/04 14:00 - 19:00
“Hərbi Sinif”: Giorgi Rodionovla Performans Təlimi
Hərbi Sinif orduda yeni olan, və ya ordudan kənar fərdlərin ordu strukturundakı davranışlarını araşdırmağa çalışan interaktiv performans parçasıdır.
Hansı tərəfin sol, hansının sağ olduğunu biz nə qədər yaxşı bilirik? ”Düzgün” yerimək və ya “danışmağı” nə dərəcədə yaxşı bacarırıq? Hansısa bir fiqurun (məsələn kapitan) həmişə, istisnasız düz olduğunu necə qavrayırıq?
Bu parça ilə sənətçi bizim ağlımızın ümumi formasını təyin edən mikro “təhsil” sistemləri barədə nə qədər məlumatlı olduğumuzu sual etməyə çalışır.
Bir günlük performans təlimi ərzində iştirakçılardan onlara verilən göstərişlərə əməl etmək xahiş olunacaq.
Təlimə qatılmaq istəyirsinizsə, zəhmət olmasa aşağıdakı linkdən qeydiyyatdan keçin.
Ünvan: Salaam Cinema