Şarliz Teron qızının trans olduğunu açıqladı

Academy Award qalibi məşhur aktrisa Şarliz Teron ilk dəfə böyük qızının trans olduğunu açıqladı. Teron bildirib ki, 7 yaşlı Cekson öz gender kimliyini aktrisaya üç yaşında elan edib.

Çarliz Daily Mailə deyib ki, 

“Bəli, mən də düşünürdüm ki, o oğlandır. O vaxta qədər ki, o, mənim üzümə baxaraq dedi ki, "Mən oğlan deyiləm." Və beləliklə, mənim iki çox gözəl qızım var və istənilən valideyn kimi mən də öz övladlarımı qorumaq və onların inkişafını görmək istəyirəm. ” 

Cekson Şarlezin digər qızı Avqustdan üç yaş böyükdür. Teron həmçinin əlavə edib ki,

“Onlar olduqları kimi doğulublar və zamanı gələndə kim olmaq istədiklərinə özləri qərar verəcəklər. Bu, mənim qarışacağım bir şey deyil. Valideyn kimi mənim vəzifəm onların varlığına sevinmək, onları sevməkdir. Mən əmin olmaq istəyirəm ki, uşaqlarıma lazımı dəstəyi verirəm ki, onlar istədikləri kimliyə qovuşsunlar. Və mən əlimdən gələni edəcəm ki, uşaqlarımın hüquqlarını qoruyum.”