Azərbaycan filmləri və gender mövzusu
“Salaam Cinema” bərabərlik, birlik, və müxtəlifliyə həsr olunmuş maarifləndirici tədbirlər, sərgilər, nümayişlər və müzakirələr keçirməyi hədəf qoyub.
22/Apr/19
3437
“Salaam Cinema” bərabərlik, birlik, və müxtəlifliyə həsr olunmuş maarifləndirici tədbirlər, sərgilər, nümayişlər və müzakirələr keçirməyi hədəf qoyub.
Cinema-nın digər önəmli hədəfi də yerli kinematoqrafiya və filmləri dəstəkləməkdir. Bu dəfə sizi həm iki yerli filmə baxmağa, həm də günün ən aktual mövzularından olan gender məsələsini müzakirə etməyə çağırırıq.
Nümayiş zamanı mövzu üzrə mütəxəssislər Nisə Hacıyeva, Zümrüd Cəlilova, Günel Mehdiyeva, və filmin rejissorları da bizimlə olacaqlar.
Giriş pulsuzdur.
“Yeddi oğul istərəm, bircə dənə qız gəlin” (2002)
Əli İsa Cabbarov
Sənədli/25 dəq/Azərbaycan
“Oğul evin dirəyidi, oğul evin mətləbidi, Allah sənə oğul versin…”. Selektiv abort, qadınların məruz qaldığı zorakılıq və ayrı-seçkilik, folklor, miflər, din və qadın. Sənədli film XXI əsrin əvvəllərində Azərbaycanın ucqar bölgələrində və eyni zamanda paxtaxt Bakıda mövcud olan gender mənzərəsini canlandırır.
“İkinci güllə” (2017)
Natiq Rəsulov
Bədii/18 dəq/Azərbaycan
“İkinci güllə” bir Azərbaycan kəndində, toy gecəsində baş verən əhvalatı danışır. Kənddə, toy gecəsinin nəticəsini bütün sakinlərə bildirmək üçün “iki güllə” adətindən istifadə olunur. Kiçik bir səhv üzündən işlər planlaşdırıldığı kimi getmir və qəhrəmanlar çətin situasiya ilə üz-üzə qalırlar.
Tarix və saat: 22 aprel, 19:00
Ünvan: Salaam Cinema, Süleyman Rüstəm 10