Polis qüvvələri Pakistanda transgenderi salamlayıb
Pakistanın Sindh əyalətindəki polis qüvvələri transseksual fərdlərə sadə vəzifəli polis məmuru kimi xidmət etməyə icazə verəcəklərini açıqlayıb.
29/Apr/19
2805
Polis qüvvələri Pakistan əyalətində yeni transgender məmurları salamlayıb
Pakistanın Sindh əyalətindəki polis qüvvələri transseksual fərdlərə sadə vəzifəli polis məmuru kimi xidmət etməyə icazə verəcəklərini açıqlayıb.
NBC News-un məlumatına görə, polis rəisi bildirib ki, tez-tez Pakistanda "xidməti işlər"də işləməyə məcbur qoyulan transseksual fərdlərə daha çox imkanlar təklif etmək vaxtıdır.
Regiondakı transgender aktivistlər bildirib ki, bu qərar icma üçün böyük bir addım olacaq.
Polis rəisi deyib: "Biz onların yanında olmalıyıq."
"Biz onları Sindh polisinin bir hissəsi halına gətirəcəyik", - deyə, Sindh polisinin müfəttişi Syed Kaleem İmam bu gün Reuters-ə bildirib
“Onlar Allah vergili yaxşı insanlardır. Bizlər kimi sakinlərdir. Biz onların yanında olmalıyıq”, - deyə o əlavə edib.
Pakistanın transgender fərdlərinə 2009-cu ildə ölkənin Ali Məhkəməsi tərəfindən digər vətəndaşlarla bərabər hüquqlar verilmişdir.
Buna baxmayaraq, ölkədəki transgender fərdlər hələ də təqiblər və transfobiya ilə üzləşməyə davam edir.
Pakistan ötən ilin dekabr ayında Lahor şəhərində ilk transgender qürur yürüşünə ev sahibliyi edib.
Tərəfdaşlar ilin əvvəlində millət vəkilləri tərəfindən dəstəklənən transgender hüquq islahatlarını həyata keçirmək üçün hökumətə təzyiq göstəriblər.
Trans aktivist Neeli Rana keçən il şərh edib: "Biz qanun bəyannaməsini qəbul etdiyi üçün hökumətə minnətdarıq.”
"Bu, Pakistan tarixində bir ilkdir ki, transgender fərdlərə öz hüquqları tanınıb.”
Qanunvericiliyə baxmayaraq, transgender fərdlər Pakistanda düşmənçiliklə üz-üzə qalır.
"Etiraz etmək və küçələrə çıxmaq bizim haqqımızdır. Keçmişdə də bu cür qanunlar qəbul olunub, anma heç vaxt praktiki şəkildə tətbiq olunmayıb. İndi bu qanun bəyannaməsinin icrası hökumətin məsuliyyətidir."
2018-ci ilin may ayında Pakistan Parlamenti tərəfindən qəbul edilən Transgender Fərdlər (Hüquqların Müdafiəsi) Aktı, insanlara özlərini kişi, qadın və ya özünü heç birinə aid etməyən şəxs kimi identifikasiya etməyə və həmin identifikasiyanın pasport və şəxsiyyət vəsiqələri daxil olmaqla, rəsmi sənədlərdə qeydə alınmasına imkan verir.
Bu, vətəndaşlara "insanın özünün doğuşdan təyin edilən cinsinə uyğun gələn və ya gəlməyən sahib olduğu digər daxili və individual fərd anlayışı" kimi tanımlanan gender kimliyinə də malik olmaq hüququna zəmanət verir.
Qanun layihəsi həmçinin ictimai yerlərdə - məktəblər, xəstəxanalar və ictimai nəqliyyat vasitələrində ayrı-seçkiliyin qadağan olunmasını təmin edir və trans vətəndaşlara seçkilərdə səs vermək və vəzifə başçısı olmaq hüququ verir.
Qanunvericiliyə baxmayaraq, transgender fərdlər hələ də Pakistan cəmiyyətində hədsiz düşmənçiliyə məruz qalır.
Bir trans qadın avqust ayında Peşaverdə işgəncələrə məruz qalıb və vurularaq öldürülüb, digəri isə sentyabr ayında Sahivalda diri-diri yandırılıb.