Mərkəzi Ukraynadakı gey kluba polis basqını
Mərkəzi Ukraynada məşhur bir gey gecə klubu polis tərəfindən basqına məruz qalıb. Şahidlərin sözlərinə görə, məmurlar basqın vaxtı "homofobik şəkildə davranıblar".
02/May/19
6440
Mərkəzi Ukraynadakı gey kluba polis basqını
Mərkəzi Ukraynada məşhur bir gey gecə klubu polis tərəfindən basqına məruz qalıb. Şahidlərin sözlərinə görə, məmurlar basqın vaxtı "homofobik şəkildə davranıblar". Aprelin 20-də saat 01.00 radələrində Dnipro şəhərindəki Potemkin klubunda reyd keçirilib. Həmin vaxt hadisə yerində işçi heyəti ilə yanaşı, təxminən 30 nəfər adam olub.
Hadisənin işıqlandırıldığı bir xəbərdə bildirilib ki, məmurlar hadisə yerində tapılmış noutbuklar, mobil telefonlar və prezervativ qutularını müsadirə ediblər. Məqalədə klubun "utandırıcı" qaranlıq otaqları barədə məlumat öz əksini tapıb və "klubun fəaliyyətinin sosial şəbəkələrdə aktiv şəkildə təbliğ olunduğu" izah olunub. Polisin sözlərinə görə, "insan alveri ilə mübarizə" məqsədilə reyd keçirilib və əlavə edib ki, gey klub "qanunsuz cinsi əlaqə" üçün pul alıb.
Klubun "təhqiramiz" olduğunu iddia edən və yerli hüquq-mühafizə orqanlarına narahatlıqlarını bildirən yerli sakinlərdən şikayətlərindən sonra bara basqın edilib.
Polis Ukrayna gey klubunun basqın görüntülərini yayıb.
Deyilənə görə, məmurlar klub ziyarətçilərindən birinin yaralanmasına səbəb olub. Klubun sahibləri və bəzi qonaqlar "polisin qeyri-qanuni hərəkətləri"nə görə Dniprodaki başqa bir şəhərcikdə Soporne polis şöbəsinə hesabat veriblər. Yerli LGBT + qrupu olan Naş Mir basqını "qəti olaraq homofobik və qeyri-qanuni" adlandıraraq qınayıb.
Qrupun sözçüsü bildirib: "Görünür ki, Ukraynanın Milli Polis idarəsi yetkin kişilərin cinsi təmasını əxlaqsız əməl kimi görür. Demək, prezervativlərin paylanılması əxlaqsızlıq yaymaq və bir gecə klubunun adi formada fəaliyyəti (rəqslər və şoular) cinayət əməli sayılır?"
"Naş Mir" qrupu əlavə edib: "Biz ayrıca vurğulamaq istəyirik ki, sözdə “pornoqrafiyanı yaymaq” və"fahişəxana işlətmək"lə görə ittiham olunmaq (Cinayət Məcəlləsinin müvafiq olaraq 301 və 302-ci maddələrin görə) müasir demokratik dünyada anaxronizm hesab olunur.”
Mənbə: PinkNews