Instagram: @mattxiv - Mət Bernşteyn

Sizi Instagramda izləməkdən zövq alacağınız bir gənclə tanış etmək istəyirik. Adı Mətdir. O, Nyu Yorkda yaşayan rəssam, vizajist və LGBTKİ aktivistdir. 

- Sən maskulinsən yoxsa feminin?
-Yox, bəs sən?

Mət @mattxiv Instagram platformasında yetərincə uğur qazanmış yaradıcı bir gəncdir. Onun paylaşımlarının mərkəzində göyqurşağı rənglərinin vəhdəti ilə sosial mesajlar vermək dayanır. Onun əsas hədəfi sosial və gender normalar, homofobiya və toksik maskulinlik.



Heteroseksizm gey cütlükdən "Hansınız kişi, hansınız qadınsınız?" soruşmaqdır.

Maskulinlik həbsdir.

Dinə bürünmüş nifrət yenə də nifrətdir.