Primarkın Qürur Kolleksiyası
Primark moda mağazası 10 May öz Qürur Kolleksiyasını təqdim etdi. Göyqurşağı rəngləri ilə bol olan kolleksiya heç kəsin büdcəsinə zərər vurmayacaq.
12/May/19
3978
Primark Qürur Kolleksiyasını təqdim etdi
Primark moda mağazası 10 May öz Qürur Kolleksiyasını təqdim etdi. Göyqurşağı rəngləri ilə bol olan kolleksiya heç kəsin büdcəsinə zərər vurmayacaq. Limitli kolleksiya ümumilikdə 27 məhsuldan ibarətdir və yay ayı bütün Primark mağazalarında satışda olacaq.
Primark keçən il Qürur kolleksiyasını LGBT+ dostu olmayan ölkələrdə istehsal etdiyinə görə aktivistlər tərəfindən kəskin tənqid olunmuşdu. Bu ölkələr sırasında Türkiyə də var idi. Görünən odur ki, Primark öz səhvindən nəticə çıxarmağı bacarır. Bu ilki kolleksiya Portuqaliya, Çin və Hindistanda hazırlanıb. Hindistan höküməti son zamanlar LGBT+ məsələlərinə bir neçə müsbət addımlar atıb.
Qeyd edək ki, Primark həmçinin satışdan əldə olunan gəliri İLGA LGBT+ təşkilatına iyanə edəcək.