İndya Mur Calvin Klein-in Qürur kolleksiyasında


Calvin Klein kampaniyasının genişləndirilmiş versiyasını başlamaqla yanaşı, İndya Muru markanın Qürur kapsulu kolleksiyasının siması kimi təqdim edib. 

Kendal Cenner, Şon Menden və digərlərinin də yer aldığı “Mən həqiqətimi danışıram” kampaniyasına qoşulan Murun tam kampaniyası əlavə şəkillər və videolarla başladı. “Dostlarıma səhər 10-dan əvvəl mənə baxmamaları və çirkin olmağım barədə xəbərdarlıq edərdim”, - Mur deyib. “Artıq elə deyil. Azad olmağı gözləməyəcəyəm. Mənim Kelvinsim həqiqətlərimi danışır”. 


Kevin Abstrakt və Troye Sivan da bənzər addımı atıb. Kliplərinin birində çiçək sahəsi arasında Abstrakt deyir: "Mənim varlığım siyasi və sevgim isə mənim bəyanatımdır." Sivanın mahnıları onun reklamları boyunca ifa olunur.