Lezbiyan cütlük London avtobusunda döyülüb
Lezbiyan cütlük London avtobusunda döyülüb, əşyaları oğurlanıb
07/Jun/19
4492
Böyük Britaniyanın paytaxtı Londonda, avtobusda 4 nəfər kişi lezbiyan cütlüyə hücum edib.
Hücuma məruz qalan Melania Geymont Facebook hesabında özünün və sevgilisi Chrisin hadisədən sonra çəkilmiş fotosunu, eləcə də baş verənlər barədə qısa məlumat paylaşıb.
CNN-ə istinadən, Mikroskop Media yazır ki, hadisə mayın 30-da, Londonun şimalındakı Kamdendə, gecə avtobuslarından birində baş verib. Lezbiyan cütlüyün öpüşdüyünü görən 4 nəfər onları əvvəlcə şifahi formada narahat edib:
"Onlar xuliqanlar kimi rəftar etməyə başladılar. Bizdən öpüşməyimizi tələb etdilər, dedilər ki, bunu izləməkdən zövq alırlar. Bizi “lezbiyanlar” adlandırırdılar və seks pozalarını izah edirdilər."
Həmin 4 nəfər daha sonra cütlüyə hücum edib, onları dəfələrlə yumruqladıqdan sonra qadınlardan birinin telefonunu və çantasını oğurlayaraq hadisə yerindən qaçıblar.
Hər iki qadın üz nahiyəsindən zədə alıb və xəstəxanaya aparılıb.
London şəhərinin meri Sadiq Xan “Twitter” hesabında hadisə barədə yazıb:
"Bu iyrənc və mizoginist hücumdur. LGBT + icmasına qarşı edilən nifrət cinayətləri Londonda xoş qarşılanmayacaq"