Ekvador eynicinsli nikahı qanuniləşdirir
Ekvadorun ali məhkəməsi iyunun 12-də eynicinsli nikahı qanuniləşdirərək evlilik hüququ üçün petisiya ilə müraciət edən iki gey cütlüyün lehinə qərar verdi.
13/Jun/19
4196
Ekvador eynicinsli nikahı qanuniləşdirir
Ekvadorun ali məhkəməsi iyunun 12-də eynicinsli nikahı qanuniləşdirərək evlilik hüququ üçün petisiya ilə müraciət edən iki gey cütlüyün lehinə qərar verdi.
Ekvadorun paytaxtı Kito şəhərində Konstitusiya Məhkəməsi, iki kişinin keysi üzərindən eynicinsli nikahı təsdiqləmək üçün beşin dördə səs çoxluğu ilə səsvermədə qalib gəldi - bu da ölkə daxilində gey nigahını genişləndirdi.
Evlənmək hüququ qazanan cütlükdən biri Efrain Soria və Xavier Benalkazardır.
AFP-nin verdiyi məlumata görə, Soria qərardan sonra jurnalistlərə: "Quayakil şəhərində olan Xavyerə salam demək istəyirəm. Səni sevirəm, əzizim!" - deyə bildirib.
Soria həmçinin digər LGBT-ləri "hər kəs kimi bərabər olmağın xoşbəxtliyindən istifadə etməyə" çağırıb.