Tbilisi Qürur yürüşü təxirə salınıb, aktivistlər anti-LGBTİ mitinqinin üstündə göy qurşağı bayrağını uçurdu. 


Tbilisi Qürur yürüşü dünən keçiriləcəkdi, lakin yenidən təxirə salındı.

Bu, iyunun 22-də ləğv olunan yürüşün keçirilməsi üçün yerli LGBTİ fəallarının ikinci cəhdi idi. 

Bu, Gürcüstandakı ilk Qürur yürüşü olacaqdı. 

Sosial mediyada yürüşü elan edən yerli aktivistlərin məsələyə müsbət yanaşması LGBTİ icmasını bu post-sovet respublikasında ən yaxşısını ümid etməyə vadar edir.

8 iyulda Tbilisi Qürur qrupunun komandası “yerli və beynəlxalq tərəfdarlarımızla birlikdə, Qürur yürüşünü qeyd edəcəyik" deyə Feysbukda, LGBTİ qrupunun səhifəsində marş elan etmişdi.

Lakin, aktivistlər elə həmin gün yürüşün baş tutmayacağını açıqladılar.

Yürüşün təxirə salınmasının səbəbləri məlum deyil, halbuki səbəb iştirakçıların təhlükəsizliyi ilə əlaqəli ola bilərdi.