LGBTİ fərdləri kənarda qalır - Gündəlik 2030
Bu bəyanat Nəfəs LGBT Azərbaycan Alyansı tərəfindən hazırlanıb
17/Jul/19
5806
Bəyanat: Azərbaycanda LGBTİ fərdləri kənarda qalır - Gündəlik 2030
Bu bəyanat Nəfəs LGBT Azərbaycan Alyansı tərəfindən hazırlanıb
Azərbaycan MAPS missiyasını həyata keçirən regionda ilk ölkələrdən biridir. Biz sosial təminat və səhiyyə sisteminin yaxşılaşdırılması, qanunvericiliyin təkmilləşdirilməsi, vətəndaş cəmiyyətinin inkişafı kimi müxtəlif vəzifələri olan sosial və iqtisadi inkişaf planı üçün strateji yol xəritəsi yaratmadılmasını alqışlayırıq. Təəssüf ki, bu siyasətlərin həyata keçirilməsi çoxlu mərkəzlidir, mərkəzləşdirilməmişdir və LGBTI fərdlərinin qarşılaşdığı ehtiyacları və çətinlikləri açıq şəkildə həll etmir.
Gündəlik 2030 vətəndaş cəmiyyətinin səslərinin canlılığını, inkişaf fəaliyyətlərinin dizaynına, həyata keçirilməsinə və qiymətləndirilməsinə iştirak etmək hüququnu tanıyır. LGBTİ-lərin də digər insanlar kimi inkişafına bərabər imkanları olması və onların bərabər paydaşlar kimi tanınması və cəmiyyətdə fəal iştirak edə bilməsi və tam potensialına çatması vacibdir. Lakin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192-ci maddəsi qeydiyyatsız qurumları cəzalandırır, bu halda dövlət qurumun fəaliyyət göstərə biləcəyini müəyyənləşdirmək üçün vətəndaş cəmiyyəti spektrini idarə edə bilir.
İnformasiya əldə etmək dövlətin hesabatlılıq və şəffaflığında mühüm vasitədir. Bu ilin yanvar ayında biz LGBTİ fərdlərinin ehtiyaclarına dair hansı xüsusi tədbirlərin görülməsini öyrənmək məqsədilə Davamlı İnkişaf üzrə Milli Koordinasiya Şurasının üzvü olan 5 nazirliyə suallar siyahısını təqdim etdik. Bu günə qədər heç bir cavab verilməyib.
Milli məlumatlardakı boşluq LGBTİ insanlarının təcrid edilməsinə kömək edən köklü problemləri həll edilməsini mümkünsüz edir.
İqtisadi inkişafın prioritetləşdirilməsi, mənfəətə yönəldilən siyasətlər, əsasən bərabərlik öhdəliklərinə, bərabərsizliyin azaldılmasına və inkluzivliyin əldə olunmasına ziddiyyət təşkil edir.
LGBTİ fərdlərinin inkluzivliyi təmin olunduğu halda dövlətin inkişaf siyasəti daha təsirli olacaqdır. Təcrid olunmaya qatqı təmin edən bu cür amillərin aradan qaldırılması tam iştirak üçün maneələri aradan qaldırır və LGBTİ fərdlərinin potensialını həyata keçirmək və davamlı böyüməyinə imkanı verir.
Gündəlik 2030 çağırır. Gəlin, heç kimin kənarda qalmadığına əmin olaq!