Net-a-Porter jurnalına müsahibəsində məşhur aktrisa və model Kara Delevin Hollivudda üzləşdiyi homofobiya ilə bağlı açıqlama verib. O bildirib ki, Miramax-ın prodüseri Harvi Vaynşteyn ona homoseksual qadın olaraq Hollivudda uğur qazana bilməyəcəyini deyib. 


“Aktrisa kimi işləməyə başlayanda bir filmdə rol almışdım və Harмi bir gün mənə zəng edib, xəbərlərdə göründüyüm qadınlardan hansı ilə yatdığımı soruşdu. Bu, çox qəribə və eyni zamanda çox narahatedici sual idi. Mən onun suallarına cavab vermədim və zəngi bitirməmiş o, mənə dedi ki, əgər homoseksualamsa, o zaman mən heteroseksual qadın rollarına dəvət almayacam və Hollivudda aktrisa kimi karyera qurmağım imkansız olacaq.”

Vaşinqton Postun məlumatına görə, Harvi Vaynşteyn 2020-ci ilin yanvarında ona qarşı açılmış seksual qısnama, zorlama və seksual cinayət işlərinə görə məhkəmə qarşısına çıxacaq.