Hindistanda transgender dostu kafe
“Biz bu kafeyə “Üçüncü göz” adını seçəndə bilirdik ki, biz elə işə üçüncü genderdən olan insanları götürəcəyik.”
22/Sep/19
4162
Hindistandakı bu kafe əsasən transgender fərdləri işə götürür.
“Biz bu kafeyə “Üçüncü göz” adını seçəndə bilirdik ki, biz elə işə üçüncü genderdən olan insanları götürəcəyik.”
“Üçüncü göz” kafesi Hindistanın Navi Mumbay ərazisində yerləşir və ölkədə trangender fərdlərə iş verən azsaylı yerlərdən biridir. Asian Boss media portalı kafenin yardıcısı Nimeş və onun işçilərindən olan Mahi ilə kafe haqqında söhbət edib. Onlar stiqmaları yıxmaqla cəmiyyətə dəyişiklik gətirmək cəhdlərindən danışıblar.
“Kafenin adındakı sözlərə izahat gətirsək, deyə bilərəm ki, Üç - üçüncü genderə, göz isə bizim fərqli baxış bucağımıza işarədir.
Kafenin divarında Qandinin məşhur ifadəsi olan “Dünyada görmək istədiyin dəyişiklik sən özün ol” yer alır. Kafe 2017-ci ildə açılsa da, Nimeş deyir ki, bu ideya onda çoxdan var.