Qızıl medal sahibi Keron Klement (Kerron Clement) nəhayət ki, öz hekayəsini paylaşmağa hazırdır. Atlet bu cümə Milli Kaminq Aut günü (National Coming Out Day) Out jurnalına danışıb.  

“Mən də bir çox insanlar kimi çətin anlardan keçmişəm və bu, öz kimliyimdən qorxmaq idi. Mən homoseksual olduğum üçün düz 17 ildir ki, qaranlıqda yaşayıram. Zaman keçdikcə, yaşlandıqca insan bir az vecsizləşir. İndi isə özüm olmağın və azad yaşamağın əsl vaxtıdır. Mən azad oldum.”

Bəzi atletlər üçün kaminq aut etmək karyeranın sonu deməkdir. Lakin Keron qeyd edir ki, onun arxasında qlobal idman markası dayanır. O, Nike şirkətinin verdiyi dəstək üçün minnətdar olduğunu bildirib. 

Keron öz hekayəsini danışanda ailəsi ilə münasibətlərinə də toxunub. 

“Ümumilikdə ailəm mənə çox dəstək oldu. Bacım mənə əsəbləşmişdi. Gey olduğum üçün yox, ona daha əvvəl demədiyim, bütün problemləri tək yaşadığım üçün. Mən indi rahat nəfəs alıb verə bilirəm. Çünki kiminsə mənim sirrimi aşkar edəcəyi kimi qorxum yoxdur. Bu, çox böyük rahatlıqdır.”