LGBTİ təşkilatlarının BMT-də bəyanatı
Bu gün, 21 oktyabr 2019-cu il tarixində BMT-nin İqtisadi, Sosial və Mədəni hüquqlar üzrə Komitəsinin işçi qrupunun 65-ci sessiya öncəsi görüşü keçirilib.
21/Oct/19
4492
LGBTİ təşkilatlarının BMT-də bəyanatı
Bu gün, 21 oktyabr 2019-cu il tarixində BMT-nin İqtisadi, Sosial və Mədəni hüquqlar üzrə Komitəsinin işçi qrupunun 65-ci sessiya öncəsi görüşü keçirilib. Görüş zamanı Azərbaycanın 3 LGBTİ təşkilatı – Nəfəs LGBT Azərbaycan Alyansı, Minority Azərbaycan və AZAD LGBT Kollektivi bəyanat ilə çıxış ediblər. Bəyanatı Nəfəs LGBT Azərbaycan Alyansının üzvü Cavid Nəbiyev səsləndirib.
Bəyanatı olduğu kimi sizə təqdim edirik:
Hörmətli Komitə üzvləri,
Mən, Cavid Nəbiyev, Azərbaycandanam və Almaniyada qaçqın kimi yaşayıram. Mən bu gün Nəfıs LGBT Azərbaycan Alyansı, Minority Azərbaycan və AZAD LGBT Kollektivi adından danışıram. Azərbaycanda LGBTİ fərdləri hər gün ayrı-seçkilik və zorakılıqla üzləşirlər. Xüsusi sübutlarla təqdim etdiyimiz hesabatda təsvir etdiyimiz kimi, əsas problemlər bunlardır:
- LGBTİ fərdlərini açıq şəkildə qorumaq üçün ayrı-seçkiliyə qarşı hüquqi çərçivələrin olmaması;
- Gender hüquqiliyinin tanınması üçün sürətli, şəffaf və əlçatan bir prosedurun olmaması, habelə interseks uşaqlarına razılıqsız və lazımsız əməliyyatlar təcrübəsi;
- LGBTI fərdlərinə təhsil və məşğulluq sahələrində ayrıseçkilik, təcavüz və bullinq, hərbi sahəhə homoseksuallığın patologiyalaşdırılması da daxildir.
Bəli, hökumət səsimizi nəzərə almadan, ehtiyaclarımıza məhəl qoymadan və bizi sosial, iqtisadi və inkişaf siyasətindən kənarlaşdırmaqla LGBTİ vətəndaşlarını qorumaqda uğursuz oldu və uğursuzluq hələ də davam edir. 2015-ci ildən bəri, ILGA-Avropanın hesabatlarına görə, Azərbaycan LGBTİ icmasına təsir edən qanunlar, siyasətlər və tətbiqlər baxımından ən pis qiymətləndirilən LGBTİ fərdlər üçün Avropanın ən təhlükəli ölkəsi olaraq siyahıya alınıb.
Bəli, hökumət səhiyyə, məşğulluq və təhsildə SOGKÖCX* əsaslı ayrıseçkiliyi aradan qaldıra bilmədi. Dövlət hüquqi bazanın hər kəsə qarşı ayrı-seçkiliyi tamamilə qadağan etdiyini söyləyə bilər. Cavabımız belə olacaq - ümumi ifadə təfsirə açıq olduqda reallığı əks etdirmir.
6 ay əvvəl 14 yaşlı bir qızın şok intiharı, LGBTİ-ə qarşı bullinq ətrafındakı damğanı ortaya çıxartdı. Elina Hacıyeva özünü paytaxtdakı məktəblərdən birində üçüncü mərtəbənin pəncərəsindən atdı. Təcili yardım çağırmaq əvəzinə, Elina direktorun otağına gətirilib, burada yarı-ayıq vəziyyətdə Elinanı intihar meyllərini etiraf etməyə və günahını məktəbdəki zorakılıqdan daha çox ailə çətinliklərinin üstünə qoymağa çalışdılar və bütün bu danışları səs yazısı ilə qeyd etdilər. İlkin cəhddən təxminən iki saat sonra nəhayət təcili yardım çağırıldı. Ancaq çox gec idi. Təəssüf ki, Elina artıq yanımızda deyil! Və yalnız keçən həftə, o cümlədən məktəbin direktoru Sevinc Abbasova da daxil olmaqla, məhkəmənin qərarı ilə hər kəs bu qətldən qurtula bildi.
İştirakçı dövlətlərin hesabatına edilən əlavədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən cəmiyyətdə tolerantlıq mədəniyyətini inkişaf etdirmək, o cümlədən müxtəlif maarifləndirmə işləri apardığı qeyd edilmişdir. Ancaq bir neçə ay əvvəl eyni komitənin sədr müavini bu açıqlama ilə çıxış edir: “Həmcinslərin nikahını bizə ailə modeli kimi sırımaq istəyirlər. Bunlara nəzərə salanda Qərbdə ailə modelinin dağıldığını görürük. Bu da dünyada demoqrafik problemlərə gətirib çıxarır. Əsasən Qərb bu problemləri həll etmək yerinə onu başqa cəmiyyətlərə ötürmək məqsədi tutub. Bizim üçün əsas məqsəd milli dəyərləri qorumaq olmalıdır.”
Hörmətli Komitə üzvləri,
Komitə qarşısında hazırladığımız hesabatda bu ilin yanvar ayında 5 nazirliyə ünvanladığımız eyni suallar var, onlardan yalnız biri cavab vermiş, digərləri cavab vermək üçün məsuliyyət hiss etməmişdir. Komitə qalan bu suallara dövlətdən cavab almaq üçün son ümidimizdir.
Bilmək istəyirik ki,
İştirakçı dövlət LGBTİ tələbələrə xüsusi diqqət yetirərək məktəblərdəki bullinq əleyhinə siyasət aparmağı planlaşdırırmı?
Bilmək istəyirik ki,
Dövlət interseks körpələrə və uşaqlara edilən əməliyyatlarla əlaqədar yaranan problemləri nə vaxt həll edəcək?
LGBTİ fərdlərinə qarşı məşğulluq və səhiyyə sistemində ayrı-seçkiliyin aradan qaldırılması üçün hansı addımlar atılıb?
Bilmək istəyirik ki,
Dövlət "18B" diaqnozunu geylərə və nəticə etibarı ilə, onların işləmək hüquqlarına təsir edən Hərbi Xidmət Xəstəliklər Siyahısından çıxartmağı nə zaman planlaşdırır?
Bütün bu məsələlər Yüksək Səviyyəli Siyasi Platformada, həmçinin UDİ (Universal Dövri İcmal) prosesində qaldırılıb və dövlət SOGK ilə əlaqəli 8 xüsusi tövsiyə almışdır.
*Seksual oriyentasiya, gender kimliyi və özünüifadəsi, cinsi xüsusiyyətlər