Uqanda LGBTİ aktivistləri “Geyləri öldürün” qanununun təklifindən sonra nifrət cinayətlərinin artdığını deyir


Uqanda LGBT hüquq müdafiəçiləri nazirin homoseksual seksə görə ölüm hökmünü geri qaytarılmasını təklif etməsindən sonra nifrət cinayətlərinin artdığını deyirlər.

Uqanda etika və toxunulmazlıq naziri Simon Lokodo bu ayın əvvəlində “Geyləri öldürün” kimi tanınan qanun layihəsinin tətbiq edilməsi barədə planlarını açıqlamışdı. 

Daha sonra prezidentin sözçüsü geylərə edam cəzasının tətbiq edilməyəcəyini, mövcud cəzanın – ömürlük həbs cəzasının ”qeyri-təbii cinsi davranış problemlərini həll etdiyini” söylədi. 

Hadisələrin belə dönüşünə baxmayaraq, LGBTİ aktivistləri Lokodonun rəyindən sonra geylərin onsuz da böyük təhlükə altında olduğu ölkədə daha çox şiddət yarandığını bildirirlər. 

Elə bu ayın əvvəlində Uqanda təhlükəsizlik naziri LGBTİ fərdlərini ”terrorist” adlandırmışdı.