Uqanda lideri LGBTİ fərdlərini terrorist adlandırdı
Uqanda Təhlükəsizlik Naziri prezidentliyə namizədə və onun tərəfdarlarına qarşı olan hücumda LGBTİ fərdlərini “terrorist” adlandırıb
06/Oct/19
2732
Uqanda təhlükəsizlik naziri prezidentliyə namizədə və onun tərəfdarlarına qarşı olan hücumda LGBTİ fərdlərini “terrorist” adlandırıb
Ölkənin hazırkı prezidenti Yoveri Museveni respublikanı onilliklərdir ki idarə edir, lakin onun höküməti Xalq Gücü, Bizim Gücümüz qrupunun sərt müxalifəti ilə qarşılaşır.
Müğənni və prezidentliyə namizəd Bob Vayn tərəfindən dəstəklənən müqavimət hərəkatı 2021-ci il seçkiləri yaxınlaşdıqca Museveninin hakimiyəətinə son qoymağı hədəfləyir.
Oktybarın 3-də Uqanda Təhlükəsizlik Naziri Elli Tumvayn NBS TV-də çıxışı zamanı hərəkatı qınayaraq onu açıq şəkildə kriptovalyuta ilə əlaqəli “terrorist təşkilatı” adlandırdı.
Siyasətçinin ən sərt sözləri isə geylərin ömürlük həbs cəzası ilə cəzalandırıldığı ölkədə müqavimət qrupunun LGBTİ fərdləri ilə əlaqəsinin olduğunu qeyd etməsi oldu.
O, çıxışında: "Mən xalqıxəbərdar etmək istəyirəm ki, Qırmızı Hərəkat [Xalq Gücü] deyilən bir dünya üçün təhlükə var". - dedi.
“Bu terrorist təşkilatıdır.”
O, daha sonra: "Bu müqavimət qrupu LGBTİ, kriptovalyuta və qurulmuş nizamı pozmaq istəyənlərlə əlaqələndirilir." – deyə davam etdi.