Avstraliyada “passivlərə qarşı müharibə” davam edir


Passiv rolunda olan homoseksual kişilərə qarşı davam edən müharibədə Avstraliya səlahiyyətliləri poppers satışını tənzimləməyi söz veriblər. 

Keçən il Terapevtik Əmtəələr Administrasiyası, adətən böyüklər üçün nəzərdə tutulmuş seks mağazalarında satılan poppersin apteklərdə satılmasına qədər məhdudlaşdırmağı planlaşdırdı. Səlahiyyətlilərin The Star Observer portalına verdiyi məlumata görə, qərar qüvvədə qalıb və fevral ayının 1-dən başlayaraq seks mağazaları poppers sata bilməyəcək. 


Bu isə o deməkdir ki, poppers yalnız ixtisaslı həkim tərəfindən təyin edildikdən sonra, terapevtik istifadə üçün lazım olduğunu təsqid edən tibbi reseptlə əldə edilə bilər.

Əvəzində isə, amil nitratları reseptə ehtiyac olmadan apteklərdə satılacaq.