Polşanın sağçı prezidenti homofob olmadığını bildirir
Polşanın sağçı və anti-LGBTİ prezidentindən gözlənilməz bir addım atılıb. O, eynicinsli vətəndaş nikahlarının leqallaşdırılmasını dəstəkləyib.
04/Feb/20
2472
Polşanın sağçı prezidenti homofob olmadığını bildirir
Polşanın sağçı və anti-LGBTİ prezidentindən gözlənilməz bir addım atılıb. O, eynicinsli vətəndaş nikahlarının leqallaşdırılmasını dəstəkləyib.
Notes from Poland saytının yaydığına görə, prezident Andrey Duda Wprost ilə müsahibəsində vətəndaş nikahları ilə bağlı “əgər xüsusilə, qeyri-formal münasibətlərdə yaşayan hər kəsə aid olacağı təqdirdə, ciddi şəkildə qanun layihəsini imzalayacağını nəzərə alacağını” deyib.
O deyib ki, qeyri-formal münasibətlərdə olan cütlüklərin evli cütlüklərlə eyni hüquqları böülşməsini istəyir. Məsələn, partyorlardan biri xəstəxanada olarsa, digərinin onun barədə məlumat alması hüququ kimi.
Dudanın dediyinə görə, o, heç bir şəkildə homofob deyil, çünki bəzən homoseksuallar onun sarayına ziyarətə gəlirlər.
“Sizi əmin edirəm ki, mənim oriyentasiyamdan fərqli insanlar prezident sarayını ziyarətə gəlirlər” - deyə, o bildirib. “Bu, mənim üçün elə də böyük problem deyil.”