Rusiyada İİV yoxlamaq istəyənlərin sayı artıb


Rusiyada İİV yoxlanışına tələbat bir həftə ərzində 55 dəfə artıb.

Ruisyada İİV virusu ilə bağlı Yutub kanallarının birində yayımlanan sənədli filmdən sonra İİV yoxlanışına tələbat dəfələrlə artıb.

Fevralın 11-də Rusiyada məşhur yutuber Yuri Dud “Rusiyada İİV: Danışılmayan Epidemiya” adlı sənədli filmini yayımlamışdır.


TJournal xəbər verir ki, fevralın 12-ə olan məlumata görə, Quqlda İİV testi üçün axtarışlar əvvəlki yeddi günlük ortalamaya nisbətən 55 dəfə artmışdır.

İki saatlıq film yayımlandıqdan bəri təxminən 13 milyon dəfə baxılıb, 90 mindən çox şərh toplamışdır.