İlk Müsəlman Qürur yürüşü
LGBTQ xeyriyyə təşkilatı olan İmaan, Aprelin 11-i lezbiyan, gey, biseksual, trans və kvir müsəlmanlara yardım etməyinin 20-ci il dönümünü festival olaraq qeyd etməyi planlaşdırır.
28/Feb/20
3434
LGBTQ xeyriyyə təşkilatı olan İmaan, Aprelin 11-i lezbiyan, gey, biseksual, trans və kvir müsəlmanlara yardım etməyinin 20-ci il dönümünü festival olaraq qeyd etməyi planlaşdırır. Bu festival həm müsəlman, həm də kvir olmağın bayram edilməsidir.
Seksual orientasiya və gender kimliyini dini inanclarla barışdırmaq və uzlaşdırmağı öz missiyası hesab edən təşkilat, ümid edir ki, İmaanFest dünyaya - xüsusilə də ayrı-seçkiliyə məruz qalanlara - bir az sevinc və əyləncə gətirəcək.
Xüsusi qonaqlar arasında Amerikan qaradərili biseksual aktivist və yazıçı Bleir İmani, kvir ərəb yazıçı və rejissor Amrou Al-Kadhi, trans aktivist və Channel 4-ün “Muslim Drag Queens” şousunun ulduzlarından biri Asifa Lahoredir.
“Media kvir islam kimliyini çox uzun zamandır ki, idarə etməyə çalışaraq bizim hamımızı dəhşətli mədəni müharibəyə sürükləyir və bizi inandırmağa çalışır ki, İslam kvir kimliklərin ölümcül düşmənidir.” Amrou Al-Kadhi
“ImaanFest kvir müsəlman kimliklərin bayram edilməsi üçün mükəmməl mərkəz olmaqla yanaşı, həm də bizə öz məkanımızı yaratmağa şans verir. LGBTQIA+ müsəlmanlar bizi təmsil edən göyqurşağı kimi gözəldirlər. Allahın sevgisi heç bir sərhəd tanımır və biz də sevilirik.” Bler İmani
“Bu festivalda iştikar mənim üçün tamamilə qürürvericidir və mən dünyaya Britaniyalı kvir müsəlmanların nə təklif etdiyini göstərmək üçün səbirsizlənirəm. Biz islamafobiya, homofobiya, transfobiya və rasizmə qarşı mübarizə aparmalı, səsimizi çatdırmalıyıq və bu bayramın bir hissəsi olmaq bizim üçün şansıdr ki, burada olduğumuzu və bəzi kvir şəxslərin pivə içmədiyini göstərək. ” Asifa Lahore
İmaanFest LGBTQ müzakirələr üçün panellərdən, qısa film nümayişindən, LGBTQ müsəlman tarixi ilə bağlı sərgidən ibarət olacaq.