Kanadalı iki uşaq atası Deyv Skot Twitterdə etdiyi paylaşımı ilə trendi alt-üst edib. Belə ki, o, transgender oğlu Ceydenə olan sevgi və dəstəyini nümayiş etdirmək üçün onun hormon qəbuluna başlamasının bir illiyi münasibəti ilə parti düzənləyib.

"Mənim 16 yaşlı oğlum keçən ilin bu ayı testesteron qəbuluna başlayıb. Bugün onun T-versary gününü qeyd edirik." (İngiliscədən anniversary sözünün transgenderlər üçün uyğunlaşdırılmış variantı)


Gün ərzində o partidən müxtəlif paylaşımlar edərək izləyicilərin könlünü fəth edib. O, həmçinin oğlu üçün hazırlanan trans qürur şirniyyatları (trans bayrağının rənglərinindən ibarət) və digər maraqlı məqamları da paylaşıb. 

Bununla yanaşı o, həmçinin trans olduğu üçün əziyyət çəkən yeniyetmələrə də mesaj göndərib.

 "Hər kəsə böyük sevgi göndərirəm, unutmayın ki, sizin dəyişim prosesinizin və təcrübənizin necə keçməsindən asılı olmayaraq, siz dəyərlisiniz. Özünüzü qoruyun."