Elton Con: “Biz heç kimi kənarda qoymayacağıq!”

Ser Elton Con pandemiya zamanı İİV xəstələri üçün 1 milyon dollarlıq yardım fondu açaraq koronavirusa qarşı mübarizədə də öz sözünü dedi.

COVID-19 zamanı İİV qayğısı daha da mürəkkəbləşdiyindən Elton Con QİÇS Fondu marginallaşmış icmalar üçün İİV dərmanlarına, sınaq və profilaktik müalicəyə 815.000 funt sterlinq (1 milyon dollar) vəd etmişdir.

Sir Elton Con fondun öndəgedən tərəfdaşlarının COVID-19-un təsirlərinə düzgün cavab verə biləcəyini və İİV ilə yaşayanları qorumağı təmin edəcəyini bildirmişdi. 

"Təxminən 30 ildir ki, mənim fondum QİÇS epidemiyasını sona çatdırmaq üçün ən həssas insanlara - İİV ilə yaşayanlara fokuslanıb və biz COVID-19 böhranı zamanı da buna sadiqik", - 73 yaşlı ingilis pop əfsanəsi sosial mediada paylaşdığı videoda qeyd etmişdir.