Homofobiyanın 20 əlaməti
Bir çox hallarda homofoblar "mən homofob deyiləm amma" ilə başlayan cümlələr qururlar. Qərara gəldik ki, homofobluğun 20 ən bariz nümunəsini sizinlə bölüşək.
16/Apr/20
4372
Siz homofobsunuz, əgər:
1. Dilinizdə “bütün geylər pozğundur” cümləsi var.
2. Əminsiniz ki, ətrafınızda gey yoxdur.
3. Deyirsiniz ki, “təbliğat aparmaq (gözə soxmaq) lazım deyil”.
4. Hesab edirsiniz ki, LGBTQ-lər özləri üçün xüsusi hüquq və imtiyaz tələb edir.
5. Deyirsiniz ki, “istəmirəm, uşaqlarım iki kişinin öpüşməyini görsün”.
6. Gey nikahlarına qarşısınız.
7. Gey münasibətlərini günah hesab edirsiniz.
8. İki yetkin eynicinsli partnyorların könüllü münasibətinə pedofiliya deyirsiniz.
9. Eynicinsli cütlüklərin uşaq övladlığa götürməsinin əleyhinəsiniz.
10. Özünüzü istənilən LGBTQ fərdindən daha yaxşı hesab edirsiniz.
11. Əminsiniz ki, homoseksuallıq müalicə oluna bilər.
12. Bir insan geydirsə, ona səs verməzsiniz.
13. Düşünürsünüz ki, geylər məhz sizə tamah salacaq.
14. Əminsiniz ki, ümumdünya gey lobbisi var.
15. Hesab edirsiniz ki, homoseksualların həyatının mənası seksə bağlıdır.
16. Sizə elə gəlir ki, geylər heteroseksuallarla eyni hüquqlara sahib olsa, dünyanın axırı çatar (ailə institutu dağılar).
17. Hesab edirsiniz ki, təbliğatla geyə çevrilmək olar.
18. Əminsiniz ki, oğlunuz dəqiq gey olmayacaq.
19. Homoseksualla mübahisə edərkən cavabınızı bu cümlə ilə başlayırsınız: “Mənim gey dostlarım çoxdur, amma…”
20. İnanırsınız ki, əsl məhəbbət yalnız kişi və qadın arasında ola bilər.
Müəllif: Aleksandr Smirnov
Powered by Froala Editor