Mən kiborqam - gendersiz və cinssiz gələcək necə olacaq?
Elə bir gələcək dünya təsəvvür edin ki, orda nə cinsə, nə də genderə yer olmasın. Belə dünyanı 1985-ci ildə professor Donna Haravey görürdü və “Kiborqların manifesti. 1980-lərin elm, texnologiya və sosialist feminizmi” əsərini dərc etmişdi.
19/Apr/20
2905
Elə bir gələcək dünya təsəvvür edin ki, orda nə cinsə, nə də genderə yer olmasın. Belə dünyanı 1985-ci ildə professor Donna Haravey görürdü və “Kiborqların manifesti. 1980-lərin elm, texnologiya və sosialist feminizmi” əsərini dərc etmişdi. Haravey bir alternativ reallıq təsəvvür etməyi təklif etmişdi ki, orda insanlar özlərini prinsipcə yeni, gendersiz sinif ― kiborq kimi təsbit etsinlər. Bu esse postgenderizmin ― genderi silərək sosial bərabərsizliyin aradan qaldırılmasına hədəflənən hərəkatın proqram mətnlərindən biri olmuşdur.
Kiborqların manifesti
Haravey öz manifestində irq, gender və sosial siniflərin şəxsiyyətin əsasını təşkil etməyəcəyi dövrdə kimliyin axtarışı barədə mülahizələr yürüdür. Tədqiqatçı yazır ki, gender, irqi və sinfi şüur bizə “patriarxatın, kolonializmin, rasizmin və kapitalizmin ziddiyyətli sosial reallıqlarının qorxunc tarixi təcrübəsi” tərəfindən sırınmışdır. O, başqa, postgender dünyası təsvir etməyə çağırır ki, orda qadınların və kişilərin yerinə kiborqlar gəlir.
Xaraveyin fikrincə, kiborq ― “maşın və orqanizmin hibridi, sosial reallığın yaradılması və onunla bərabər fantaziyanın təzahürü” deməkdir. Söhbət təkcə ondan getmir ki, insan bədəni yeni texnologiyalar sayəsində dəyişəcək — bununla bərabər düşüncə tərzi də modifikasiya olunacaq. Kiborqun cinsi yoxdur, deməli, ənənəvi seksuallıq katerqoriyaları ona tətbiq edilə bilməz. Hər cəhətdən yeni olan insan hazırki sosial çərçivələrə sığmayacaq, deməli, kiborq üçün yeni, postgender cəmiyyət modeli lazım olacaq. Haravey manifestdə feminizmə ənənəvi baxışı tənqid edir, kiborq metaforundan istifadə edir ki, feministləri cins və gender barədə qəlibləşmiş anlayışlardan daha irəli aparsın.
Gender yoxdur, bərabərsizlik yoxdur
Postgenderizmin ilkin şərtlərindən danışan kiberfeminist Alla Mitrofanova 1917-ci ilin inqilabını misal gətirir, inqilab “hüquqları bərabərləşdirmiş, nikahın və şəxsiliyin müqəddəsliyini aradan qaldırmışdı: uşaq bağçaları və əvvəllər qadınların sayılan institutlar politikləşdi, tibb pulsuz oldu, abortlar tətbiq edilməyə başladı”. Bu haqda müzakirələr hələ 1908-ci ildə Peterburqda qadınların qurultayında aparılırdı: iştirakçılar bildirirdi ki, ailənin təşkili hakimiyyətin təşkili ilə əlaqədardır. “Müvafiq olaraq, inqilab təkcə hakimiyyəti yox, həm də seksual və ailə münasibətlərini, gündəlik həyatın siyasətlərini yenidən yazmalı idi”. “Kişilik” və “qadınlıq” anlayışlarının yenidən nəzərdən keçirilməsi ailənin “cəmiyyətin hücrəsi” kimi anlaşılmasını dəyişdirməli və nəticədə cəmiyyətin özünü dəyişdirməli idi.
Kiborqun cinsi yoxdur, deməli, ənənəvi seksuallıq katerqoriyaları ona tətbiq edilə bilməz. Hər cəhətdən yeni olan insan hazırki sosial çərçivələrə sığmayacaq, deməli, kiborq üçün yeni, postgender cəmiyyət modeli lazım olacaq.
Postgenderizmin müasir anlayışı 80-ci illərin sonlarında yaranıb. Hərəkat bio- və reproduktiv texnologiyalar vasitəsilə bütün insanların bərabərləşməsi uğrunda çıxış edirdi. Haravey yazırdı ki, gender rolları, sosial bölünmə, fiziki fərqlər həm ümumilikdə insanlara (sosial bərabərsizlik gərginliklərə və münaqişələrə səbəb olur), həm də ayrı-ayrı fərdlərə (ənənəvi genderlərdən heç birinə tam şəkildə aid olmayanlara) mənfi təsir edir. “Kişi” və “qadın” kimi bölünməkdən imtinanı isə o, radikal üsulla - genderin özünü aradan qaldırmaqla təklif edirdi.
Postgenderizm tərəfdarları bu ideyanı götürdülər. Onların fikrincə, reproduktiv texnologiyalar inkişaf etdikcə, sırf nəsil artırmaq üçün seks daha lazım olmayacaq; postgender insanları öz uşaqlarına həm ana, həm də ata olacaqlar. “Postgenderizm deyərkən bu gün biotexnologiyalar və insan təbiətinin, (yeni) cinslər arasında münasibətlərin və hakimiyyətin bölünməsi sisteminin transformasiyası vasitəsilə binar gender sistemini aşıb keçmək nəzərdə tutulur”, ― sosioloq və filosof Polina Dyaçkina deyir.
Süni uşaqlıq orqanı və interseks
Postgenderizm tərəfdarları arasında həmrəylik yoxdur. Bəziləri androginlik konsepsiyasının tərəfindədir: qadın və kişi cəhətlərini qarışdıraraq, insan onlardan ən yaxşılarını götürür. Amma bu halda digərləri etiraz edərək deyir ki, kişi və qadınların hansı fiziki və psixoloji cəhətlərini “layiqli” hesab etməliyik ― bu isə növbəti sualdır ki, müzakirəsi aradakı sərhədlərin silinməsinə yox, cinslərin yenidən bölünməsinə gətirib çıxarır.
“Materialist marksist fəlsəfədə yer tutmuş postgenderizm var. O, ilk növbədə qadının köməkçi reproduktiv texnologiyalar, məsələn, süni uşaqlıq orqanı vasitəsilə azad olmasından danışır. Və bu nəzəriyyədə yeni postgender cəmiyyətinin qurulmasına ilk addım ― qadının doğan məxluq kimi həmişəlik bioloji təyin edilmiş yeri əleyhinə üsyan və “ana” və “ata” arasında fərqin silinməsidir. “Texno- və kiberfeminizm bu istiqamətə yaxındır, ― Dyaçkina izah edir. ― Digər tərəfdən, transgenderizm var, yeni qeyri-binar quruluşun əsas cəhəti kimi cinslər arasında sərbəst keçidi görür: kişi, qadın və texnologiyalar inkişaf etdikcə peyda olacaq bütün digər cinslər arasında”.
Postgenderizm israr edir ki, “kişi” və “qadın” kimi müstəsna bölgü heç bioloji reallığa da uyğun gəlmir, çünki onların arasında çoxlu sayda aralıq mərhələlər var
Postgenderizmin digər tərəfdarları təkcə bioloji cinslərin yox, həm də gender kimliklərinin birləşməsini müzakirə edir. Postgenderizmdə insan nə kişidir, nə də qadın, onun gender rolu yoxdur. Postgenderizm israr edir ki, “kişi” və “qadın” kimi müstəsna bölgü heç bioloji reallığa da uyğun gəlmir, çünki onların arasında çoxlu sayda aralıq mərhələlər var. Bu ideya sayəsində cinslərarası və interseks hərəkatı inkişaf etməyə başlayıb ― hansı ki, əvvəllər hermofroditlik adlanırdı. Hərəkatın əsas ideyaları arasında ― cinsi korreksiya əməliyyatlarını və cinsin zorakı təyin olunmasını qadağan etmək də var.
Postbinar gələcək
“Elmi-(bio)texniki inqilab nəticəsində yeni cəmiyyətin yaranması ideyası postgenderizmdən ayrılmazdır. Gender stereotiplərindən liberal azadolma və ya ənənəvi gender kimliklərindən nümayişkaranə imtina (orta cins, kvir) vasitəsilə postgenderizmə nail olmaq olmaz. Bu, “qadının” - insan istehsal edən - istehsalçı sinfinin inqalabıdır, ― Polina Dyaçkina deyir. ― Haravey materialist olaraq qalır. Sosializm, marksizm və ateizm onun filosof və aktivist karyerasında açar rol oynayıb. Amma o, bir çox inqilabçılardan fərqli olaraq, keçmişə: qızıl paklıq əyyamına, “genderdən əvvəlki” dünyaya, “travmaya qədərki” dövrə qayıtmağı təklif etmir. O, nə insanın bütövlüyünə, nə də biotexnologiyaların inqilabının birləşdirici unifikasiya gücünə inanmır. Ona görə də öz manifestinin mərkəzinə kiborqu — keçmişi, tarixdə yeri olmayan, təxəyyülün imkan verdiyi istənilən modifikasiyalarda “yığılan” məxluqu qoyur.”
Kiborqların manifesti heç də gələcəyi yalnız “nöqsansız” fövqəlinsan üçün cənnət kimi görmür. “Yadda saxlamaq lazımdır ki, Haravey mükəmməllik ideyasına qətiyyətlə etiraz edirdi, ― Dyaçkina izah edir. ― Kiborq “genetik təmizləmə” nəticəsində bütün mümkün nöqsanlardan azad doğulmur, o, qabaqcadan verilmiş genetik xassələri olan layihələndirilmiş uşaq deyil. Mahiyyətcə o, fərqliliklər əsasında birləşmək imkanları daşıyan müsbət bir obrazdır, ondan fərqli olan kritik “postgenderizm” termini isə aşıb keçmək ideyasını daşıyır.”
“Elə ki, biz gender binarlığını aradan qaldırırıq, biz anlaşılmaz əlaqələrin mürəkkəb dünyasına düşürük, orda gündəlik həyat politik və ideoloji ola bilər, orda partnyorların müxtəlif ideoloji yönümləri səbəbindən münasibətlər mümkünsüz olacaq. Biz bu binarlıq arası sahəni işləyib hazırlamağa başlayırıq - o, çox dolğundur və mikrosiyasət, mikropraktikalarla bağlıdır ― Alla Mitrofonova deyir. ― Fikrimcə, bütün XX əsr postbinar reallığı formalaşdırmağa çalışır. Bu o deməkdir ki, burda rasional hakimiyyətin abstrakt həqiqəti deyil, konkret praktikalar dəyər kəsb edəcək. Təbii ki, kişi və qadın gender bölgüsü həmişə sual altındadır, çünki bu anlayışlar tarix vasitəsilə bir-birinə zidd kimi formalaşıb. Amma burda ziddiyyət yoxdur, burda yeni əlaqələr var ki, onları yenidən kəşf etmək lazımdır”.
Mənbə: Wonderzine
Powered by Froala Editor