Virciniya ştatında qələbə
Virciniya Dəyərlər Aktı həm də ABŞ-ın cənub əyalətləri üçün tarixi bir irəliləyişdir. Virciniya qubernatoru Ralf Nortam Cənub üçün tarixi bir sıçrayışa imza atdı.
25/Apr/20
2461
Virciniya Dəyərlər Aktı həm də ABŞ-ın cənub əyalətləri üçün tarixi bir irəliləyişdir. Virciniya qubernatoru Ralf Nortam Cənub üçün tarixi bir sıçrayışa imza atdı. Belə ki, o, LGBTİ hüquqlarının qorunmasında həyati əhəmiyyət kəsb edən qanunu təsdiqlədi.
Bu addım LGBTİ-lərin bütün növ ayrı-seçkilikdən qorunmasını təmin edir. Bununla da, Virciniya qanun təsdiqləyən 21-ci ştat oldu. Bundan əlavə, Vaşinqton şəhəri də bu siyahıya daxildir. Virciniya ayrı-seçkilik qanununa imza atan ilk Cənub ştatı kimi tarixə düşdü.
Yeni qanun 1 iyul tarixində qüvvəyə minəcək. Həmin andan etibarən ştat uzun müddətdir davam edən mübarizənin yekunlaşmasını qeyd edəcək. Oxşar qanunlar son illərdə Virciniya Senatında bir neçə dəfə müzakirədən keçib. Lakin Nümayəndələr Palatasında bərabərlik əleyhinə olan vəkillər qanunun təsdiqlənməsini əngəlləyirdilər. Buna baxmayaraq, 2019-cu il seçkilərində seçicilər Ali Məclisin hər iki palatasına bərabərlik tərəfdarlarını seçərək yeni qanunun mümkünlüyünü təmin etdilər.
Bu il fevralın 6-da Nümayəndələr Palatası 59 lehinə, 35 əleyhinə olmaqla səsvermə keçirdi. Bu arada isə Senat qanun layihəsini 30 lehinə, doqquz əleyhinə olmaqla qəbul etdi. O vaxtdan bəri millət vəkilləri qanun layihələrini qubernator Nortamına imzalatmaq üçün müzakirələr aparırdılar.
Mənbə: GayStarNews
Powered by Froala Editor