"Göy qurşağı yoluxucu deyil, insanları real təhlükədən qoruya bilər"

Polşalı gey cütlük

Polşada bir gey cütlük LGBTİ göy qurşağını yaymaq və insanları koronavirusdan qorumaq üçün özünəməxsus bir yol tapıb. Evli Yutuberlər Yakub və David Micek-Kviçinski küçədə yüzlərlə göy qurşağı üz maskası paylayıb. 

 Bu addım Polşada yeni "Pedofiliyanı Saxla" qanunu nəzərdən keçirildikdən sonra atılıb. Qanun LGBTİ-ləri pedofillərlə eyni görür. Əgər qəbul edilərsə, məktəblərdə seksual təhsili təsirli bir şəkildə dayandıra bilər. Bundan əlavə, Polşanın bir neçə şəhər və regionu özünü 'LGBTİ-dən azad zonalar' elan edib. Zonalar qanuni olaraq tətbiq edilmir, lakin LGBTİ Polyakları təhlükədə hiss etdiri və onları kənarda qoyur. 

Jakub deyir: 'Bir çox insan bizi [LGBTİ-ləri] xəstəlik adlandırır. Buna görə də, düşündük ki, insanlara həqiqi xəstəliyi dəf etməyə kömək etsək, fikirlərini dəyişə bilər. Mən sadəlövh olduğunu bilirəm, amma yaxşı bir şey edə bilsək, niyə də yoxlamayaq?' 

 Sevgi yayırlar, lakin sevgiləri qəbul olunmur. Micek-Kviçinskinin belə viral yayılması ilk dəfə deyil. Onlar ilk dəfə Rokztin Some other Summer mahnısının videosuna görə şöhrət qazanmışdılar. 2017-ci ildə isə LGBTİ ailələrini qeyd edən Milad mahnısı təəccüblü şəkildə Polşanın 1 nömrəsi olmuşdu. 

Mənbə: GayStarNews  

Powered by Froala Editor