AB Macarıstana qarşı hərəkətə keçir
Viktor Orbanın trans hüquqlarını pozmaq üçün "zərərli" planı irəli sürməsindən sonra Avropa İttifaqı Macarıstana qarşı hərəkətə keçməyə çağırış edib.
05/May/20
2780
Viktor Orbanın trans hüquqlarını pozmaq üçün "zərərli" planı irəli sürməsindən sonra Avropa İttifaqı Macarıstana qarşı hərəkətə keçməyə çağırış edib. AB pandemiyadan istifadə edəcək gücün ələ keçirilməsinin bir hissəsi olaraq transların hüquqlarını əlindən almaq üçün hərəkətə keçın Macarıstanın sağçı lideri Viktor Orbana qarşı tədbir görməyə çağırış edib.
Keçən ay imzalanan fərmanla Orbana müddətsiz idarəetmə hüququ verilib, yəni o, artıq qərar qəbul etməzdən əvvəl digər millət vəkilləri ilə məsləhətləşməyə ehtiyac duymayacaq. Elə həmin gün onun müavini ölkədə qəbul edilən bütün qanuni sənədlərdə "genderi"; "doğuş zamanı olan cins"; ilə əvəz edəcək yeni qanun layihəsini təqdim edib.
İlkin qanun layihəsinə görə, insanların cinsiyyəti "doğuş zamanı" qeyd ediləcək. Bu isə statusun sonradan dəyişdirilməsini mümkünsüz edir. Bu qanun layihəsinin əsas təsiri Macarıstanın transgender icmasını qanuni şəkildə silmək olacaq. Bu qanun artıq onları (transgenderləri) intihara sürükləyir.
Avropa Birliyi parlamentariləri bu addımı "qəsdən sui-istifadə" kimi pisləyiblər. Lakin qanun Macarıstan parlamenti komitələrində müzakirə olunmasına davam etdiyi üçün beynəlxalq LGBTİ aktivist qrupları AB-i qəti tədbirlər görməyə çağırır.
İnsan haqları qrupu AB-in "avtokrat" Viktor Orbana qarşı hərəkət etməli olduğunu söyləyir.
"Viktor Orban Macarıstanda transgenderlərin həyatına dağıdıcı təsiri olacaq ayrı-seçkilik qanunvericiliyinə təkan vermək üçün COVID-19 sağlamlıq böhranından istifadə edir" - bu barədə Human Rights Watch təşkilatənın LGBTİ hüquqları direktoru Qrayem Reyd məlumat verib. “Bu addım ən marginallaşdırılmışlara hücum edərək hakimiyyəti gücləndirmək üçün avtokratların oyun kitabı üçün səciyyəvidir. AB hərəkət etməlidir.”
Mənbə: PinkNews
Powered by Froala Editor