17 May - Homofobiya, Transfobiya, Bifobiya əleyhinə gün
Bu günün yaranma məqsədi gey, lezbiyan, biseksual, transgender, interseks insanlara və ümumiyyətlə müxtəlif cinsi orientasiya və gender kimliyinə və özünüifadəyə məxsus şəxslərə qarşı ayrı-seçkiliyə və zorakılığa diqqət çəkməkdir.
16/May/20
3623
Homofobiya, Transfobiya və Bifobiya əleyhinə beynəlxalq gün 2004-cü ildə yaradılıb. Bu günün yaranma məqsədi gey, lezbiyan, biseksual, transgender, interseks insanlara və ümumiyyətlə müxtəlif cinsi orientasiya və gender kimliyinə və özünüifadəyə məxsus şəxslərə qarşı ayrı-seçkiliyə və zorakılığa diqqət çəkməkdir.
Mayın 17-i ÜST-ün (Ümumdünya Səhiyyə Təşkilatı) 1990-cı ildə homoseksuallığı xəstəliklər siyahısından çıxartması hadisəsini xatırlamaq və yad etmək üçün xüsusilə seçilib.
Bu gün əsasən ictimaiyyətin, siyasi liderlərin, qanunvericilik, yerli özünüidarəetmə orqanlarının və şirkətlərin diqqətini LGBTQ+ məsələlərinə cəlb etmək, onları baş verən hadisələrdən agah etmək üçün planlaşdırılmış müxtəlif tədbirlər, proektlər ilə müşaiyyət olunur.
Mayın 17-i hal-hazırda dünyanın 130 ölkəsinə qeyd olunur.
Ölkənin ilk LGBTQ+ jurnalı və mediya portalı olaraq biz də bu günü #BərabərlikSəninÜçünNədir proekti ilə qeyd edirik. Hər kəsin bərabərhüquqlu, sülh içində və sağlam mühitdə yaşamasını arzu edirik!
Powered by Froala Editor