Rusiyanın homofobik reklamını Youtube sildi
Çoxsaylı şikayətlərdən sonra YouTube qaydalarını pozduğuna görə homofobik video silindi.
06/Jun/20
4993
YouTube qaydalarını pozduğuna görə homofobik video silindi
YouTube Rusiya Konstitusiyasına dəyişiklikləri təbliğ edən, uşaq övladlığa götürən gey valideynlər haqqında olan «РИА ФАН» videosunu blokladı. Video bir qayda olaraq evlilik anlayışının yalnız kişi və qadının birliyi kimi qələmə verirdi.
Videonun süjetinə görə, 2035-ci ildə gey cütlük uşaqlar evindən bir oğlanı övladlığa götürür. Uşağın “Ana hardadır” sualına övladlığa götürən ata partnyoruna işarə edərək indi əməlli-başlı bir ailəsinin olduğunu deyir.
Uşaq çox üzülür və elə bu vaxt baş verənləri izləyən uşaqlar evinin işçilərindən biri tüpürür. Gey "ana" uşaq ilə görüşərək onu maşına çəkir və onun üçün aldığı paltarı göstərir.
"Belə bir Rusiyanı seçərsən?" – sualı kadr arxasından səslənir. Video xalq tərəfindən etirazla qarşılanıb. Sosial şəbəkələrdə qeyd olunub ki, təbliğatçıların, böyük ehtimalla, homoseksuallıq mövzusunda "dərdləri" var, belə ki, 2018-ci il prezident kampaniyası üçün çəkilmiş "evdə gey saxlamaq" haqqında səs-küylü klip də yada salınıb.
Bu hadisəyə cavab olaraq #давыберу (bəli seçərəm) həştəqi ilə kampaniya başlayıb və rəssamlar eynicinsli ailə modelini əsas mövzu seçərək müxtəlif illustrasiyalar yaradıblar.
Powered by Froala Editor