ABŞ Ali məhkəməsindən LGBTQ-ları qoruyan qərar
Qərarda deyilir ki, 1964-cü il tarixli Mülki Hüquqlar Qanununun işəgötürənlərin şəxsin cinsinə görə ayrı-seçkilik etməsini qeyri-qanuni hesab edən VII maddəsi, eyni zamanda seksual oriyentasiya və transgender statusunu da əhatə edir.
15/Jun/20
2418
Qərarda deyilir ki, 1964-cü il tarixli Mülki Hüquqlar Qanununun işəgötürənlərin şəxsin cinsinə görə ayrı-seçkilik etməsini qeyri-qanuni hesab edən VII maddəsi, eyni zamanda seksual oriyentasiya və transgender statusunu da əhatə edir.
ABŞ Ali Məhkəməsi bazar ertəsi mövcud federal qanunun seksual oriyentasiya və transgender statusu zəminində iş ayrı-seçkiliyini qadağan etdildiyi qərarını açıqladı. Bu, gey hüquqlarını müdafiə edənlər üçün böyük bir qələbədir. Eyni zamanda, getdikcə daha çox mühafizəkarlaşan Ali Məhkəmənin təəccüb doğuran qərarıdır.
Məhkəmə iki ayrı işə dair qərarında 1964-cü il Mülki Hüquqlar Qanununun işəgötürənlərin bir insanın cinsinə görə ayrı-seçkilik etməsini qeyri-qanuni edən VII maddəsinin digər amilləri arasında seksual oriyentasiya və transgender statusunun da yer aldığını söylədi. Bu amillərə görə ayrı-seçkiliyin cinsi ayrıseçkilik formalarından olduğunu söyləyən aşağı məhkəmələrin qərarları bundan əvvəl qüvvədə idi.
Ölkədə 21 ştatın seksual oriyentasiya və ya gender kimliyinə əsaslanan iş ayrı-seçkiliyini qadağan edən öz qanunları var. Daha yeddisi isə yalnız dövlət işçiləri qoruyur. Bu qanunlar qüvvədə qalır və onlardan əlavə bazar ertəsi günü verilən qərar federal qanun kimi indi ölkənin digər yerlərində də LGBTİQ+ işçiləri üçün oxşar müdafiəni təmin etməsi deməkdir.
Gey hüquqları qrupları bu məsələni evlilik hüququnu əldə etmək uğrunda mübarizədən daha vacib bir məsələ hesab edirlər, çünki demək olar ki, hər yetkin LGBTİQ+in işi və ya işə ehtiyacı var.
Mənbə: NBCNews
Powered by Froala Editor