2021-ci ilə qədər ölkə daxilində məktəblərin LGBTİQ+ bərabərliyi və tarixi haqqında dərsləri öz təhsil planlarına daxil etmələri gözlənilir.

Hər ilin iyun ayı dünyada Qürur ayı kimi qeyd olunur - milyonlarla insan Edinburqda və digər şəhərlərdə yürüşlə yanaşı, musiqi festivalları və xüsusi tədbirlərdə iştirak edirlər. Pandemiya səbəbiylə bu il Qürur ayı bir az fərqli görünəcək – buna baxmayaraq yaxşı bir xəbər də var.

 Gələn il Şotlandiya dünyada məktəblərdə LGBTİQ+ tarixini tədris edən ilk dövlət olacaq. 2018-ci ilin Noyabr ayında Şotlandiya Nazirləri bütün uşaqların və gənclərin öyrənmə mühitini yaxşılaşdırmaq üçün LGBTİQ+ inklüziv təhsili tədris planı haqqında olan tövsiyələri tam olaraq qəbul etdilər. Bu, bütün ictimai məktəb şagirdlərinin LGBTİQ+ icmasının qarşılaşdığı bərabərlik və kimlik məsələləri barədə dərs alacaqları deməkdir.

 Birinci nazir müavini və Təhsil katibi John Swinney, "Şotlandiya artıq Avropanın LGBTİ bərabərliyini təbliğ edən ən mütərəqqi ölkələrindən biri hesab olunur" deyib.

 "Dünyada LGBTİ inklüziv təhsili tədris proqramı daxilində tətbiq edən ilk ölkə olacağımızı elan etməkdən məmnunam."

Dərslər müxtəlif yaş qruplarına və müxtəlif mövzularda tədris ediləcək və mövzulara homofobiya, bifobiya və transfobiya ilə mübarizə və LGBTİQ+ hərəkatlarının tarixi daxildir.Şotlandiyada eynicinsli nikahlar 2014-cü ildən bəri, eynicinsli cütlüklərin uşaq övladlığa götürməsi 2009-cu ildən bəri, eynicinsli vətəndaş nikahları isə 2005-ci ildən bəri qanuni olaraq qəbul edilib. Gender və seksuallıq əsaslı ayrı-seçkiliyə qarşı qanunlar 2010-cu ildən mövcuddur.

Powered by Froala Editor