Homofobik İndoneziya polisi doqquz nəfəri həbs etdi
İndoneziyada polisin Cakarta otelindəki "gey partiyə" reydindən sonra doqquz nəfər cərimə və 15 ilə qədər həbs cəzası ilə üzləşib.
06/Sep/20
2290
İndoneziyada polisin Cakarta otelindəki "gey partiyə" reydindən sonra doqquz nəfər cərimə və 15 ilə qədər həbs cəzası ilə üzləşib. Cakarta polisinin sözçüsü Yusri Yunus 29 avqust şənbə günü parti təşkil etməkdə şübhəli bilinən 9 nəfərin həbs olunduğunu və iştirak edən 47 nəfərin sərbəst buraxıldığını söyləyib.
İndoneziyada mühafizəkar Aceh əyaləti xaricində homoseksuallıq qanunsuz deyildir, bu səbəbdən də partinin təşkilatçıları homoseksuallıq əvəzinə, ağır həbs cəzası nəzərdə tutan pornoqrafiya qanunu ilə ittiham olunurlar.
"Bu insanların ittiham olunduqları davranışı kriminallaşdırmaq üçün heç bir qanuni əsas yoxdur. Belə bir toplantı heç kim üçün təhlükə yaratmır", - deyə Amnesty International İndoneziyanın icraçı direktoru Usman Hamid bildirib. "Səlahiyyətlilər ayrı-seçkilik edir və şəxsi və ailə həyatı, ifadə azadlığı və sərbəst toplaşma və birləşmə azadlıqlarına dair insan hüquqlarını pozurlar."
Gey hüquqlarına qarşı daha dözümsüz hala gəlmiş, əhalisinin əksəriyyəti müsəlman olan İndoneziyada LGBT+lərə qarşı ayrı-seçkilik geniş yayılmışdır.
Mənbə: PinkNews
Powered by Froala Editor