Yeniyetmə Ramzan Kadırovu tənqid etdiyinə görə özünə təcavüzə məcbur edilib
Çeçenistanın "gey təmizlənməsi" tiranını tənqid etdiyinə görə yeniyetmə kamera önündə dəhşətli özünə-təcavüz aktını törətmək məcburiyyətində qalıb.
11/Sep/20
4186
Çeçenistanın "gey təmizlənməsi" tiranını tənqid etdiyinə görə yeniyetmə kamera önündə dəhşətli özünə-təcavüz aktını törətmək məcburiyyətində qalıb. Rusiyalı gənc Çeçenistandakı 'gay təmizləməsinin' arxasında dayanan homofob tiran Ramzan Kadırovu tənqid etdikdən sonra kamera önündə soyunmağa və özünü zorlama hərəkətini etməyə məcbur oldu.
19 yaşlı gənc Kadırovun nəzarət altında olan Çeçenistanı hədəf almış hökumət əleyhinə Telegram kanalının moderatorudur. O, 8 sentyabr bazar ertəsi günü paylaşılan dəhşətli videoda Kadırov rejimini tənqid etdiyinə görə üzr istəməyə məcbur olub. Video qısa müddətdə Rusiya sosial mediasında yayılıb.
The Daily Beast xəbər verir ki, görüntülərdə çılpaq yeniyetmənin çeçen dilində üzr istəməsi, kameradan üzünü çevirməsi, sonra boş bir şüşənin üstündə oturaraq özünə təcavüzü əks olunur.
Bu tip cəzalar müxalifləri qorxutmaq və onlara işgəncə verməklə və hər hansı bir tənqidi məqaləyə görə üzr istətməklə məşhur olan Kadırov və onun milisləri üçün adi bir praktikadır. Sosial mediada mənfi bir şərh belə təqiblərə səbəb ola bilər.
Mənbə: PinkNews
Powered by Froala Editor