Bakıda LGBTQ mövzulu film nümayişi
Dekabrın 15-i Landmark Biznes Mərkəzində Niderland səfirliyinin dəstəyi ilə Azərbaycanın LGBTQ icmasından bəhs edən film nümayişi baş tutdu.
17/Jan/19
6308
Dekabrın 15-i Landmark Biznes Mərkəzində Niderland səfirliyinin dəstəyi ilə Azərbaycanın LGBTQ icmasından bəhs edən "Queer in Azerbaijan" və "Yadlar" filmlərinin nümayişi baş tutdu. Açılış sözü ilə çıxış edən Niderland səfirinin müavini xanım Zumreta Yahıç LGBTQ icmasına öz ürək sözlərini çatdırdı və dəstəyini ifadə etdi. Daha sonra hər iki film izləyicilərə təqdim olundu.
"Queer in Azerbaijan" filmi 2017-ci ildə dəhşətli həbslər haqqında fikirlərini bölüşən bir neçə bakılı kvir gəncin mozaik hekayəsidir. Tamilla gənc lesbiyan kimi öz həyatını təsvir edir, Kamran və Gülnara isə insan haqları aktivistləri kimi qarşılaşdıqları məhdudiyyətlərdən danışır.
"Yadlar" filmi 2017-ci ildə Azərbaycanda LGBT insanlara qarşı təqibləri və həbsləri təsvir edir. Burada həmçinin LGBTQ fərdlərinə qarşı siyasi partiyaların, vətəndaş cəmiyyətinin və Azərbaycan cəmiyyətinin münasibəti əks olunmuşdur.
120 nəfərdən çox insanın iştirak etdiyi nümayiş müzakirə və qəlyanaltı ilə davam etdi.