Uşaqlar gey məşhurlar üçün "status simvoluna" çevrilibmi?
İsrailli rejissor uşaq sahibi olmağın homoseksual kişilər üçün “status simvolu” olduğunu söyləyib. Bu onların, həm zənginliklərini, həm də LGBTQ+ icmasındakı gey kişilər üzərində uşaq sahibi olmaq üçün artan "təzyiq və gözləntiləri" əks etdirir.
15/Sep/20
3336
İsrailli rejissor uşaq sahibi olmağın homoseksual kişilər üçün “status simvolu” olduğunu söyləyib. Bu onların, həm zənginliklərini, həm də LGBTQ+ icmasındakı gey kişilər üzərində uşaq sahibi olmaq üçün artan "təzyiq və gözləntiləri" əks etdirir. Yval Hadidinin şərhləri Air Mail-ə müsahibəsi zamanı səsləndirilib.
Yuval Hadadi partnyorlardan birinin ata olmaq istədiyi zaman varlı bir gey cütlüyünün münasibətlərinin dağılmasından bəhs edən, yeni bədii filmi "15 il" filmini qeyd edərkən: "Uşaqlar bir şəkildə bir çox gey kişi arasında status simvolu halına gəlib" - dedi.
Superstar müğənni və Out jurnalının üz qabığında yer alan Ricky Martin son yayımladığımız filmdə homoseksual bir atanın həyatı haqqında danışıb. Martin 2017-ci ildə sənətçi Jwan Yosef ilə evlənib və cütlüyün dörd uşağı var. Onlardan ikisinə Martinin 2008-ci ildə tək valideyn olaraq ata oldu. Martin üçün uşaq sahibi olmaq seksuallığına görə çoxdan mümkünsüz olduğunu düşündüyü bir xəyalı reallaşdırıb.
"İllərdir ata olmağı xəyal edirdim və dəfələrlə özümün gey olduğum, qapalı bir gey olduğum və ata ola bilməyəcəyim üçün bu kədərli vaxtlardan keçirdim" - deyə Martin bildirib. Bəhs etdiyi proses şəxsi idi. Əvvəlcə övladlığa götürməyə çalışdı, ancaq çətinliklər üzündən surroqatlıq yolunu seçdi. Bu, Birkin kimi status simvolu ilə eyniləşdirilmir.
Anderson Cooper bu il əvvəl oğlu Wyatt Morgan Cooperin dünyaya gəlməsi ilə ata oldu. O da Martinlə oxşar fikirləri bölüşdü. Uzun müddət homoseksual olduğu üçün valideynlik sevincini bilməyəcəyini düşündüyünü qeyd etdi. Gey kişilərin surroqatlıq müdafiəçiləri Hadidiyə şərhlərinə görə çağırışlar edirlər.
"Heç bir valideyn, homoseksual və ya hetero, adətən uzun çəkən, emosional və ən son Rolex və ya Bentley almaq kimi görünən surroqatlıq yolunu seçmir," - TwoDads UK-in qurucusu Michael Johnson-Ellis Daily Mail-ə bildirib.
Hadidi, öz növbəsində, gey valideynliyindəki bu artımın istənməyən nəticələri barədə xəbərdar edib.
"Gey kişilərin uşaq sahibi olması üçün təzyiq və gözləntilərin olmasına şübhə yoxdur" - Hadidi deyib. "Əsl sual budur ki, uşaq sahibi olmaq istəməyən gey kişilər bir gün icma tərəfindən daha az layiqli görüləcəklərmi - bir gün yeni bir dolaba məcbur ediləcəklərmi?"
Powered by Froala Editor