Trans Aktrisa Laverne Cox hücuma məruz qalıb
Laverne Cox və rəfiqəsi 28 noyabr şənbə günü Kaliforniyanın Los-Anceles şəhərində parkda gəzərkən bir transfobun hədəfinə tuş gəliblər. Hücum ulduzun sarsıntı keçirməsinə səbəb olub.
02/Dec/20
2041
Transfobik hücumdan sonra 'şokda' olan Laverne Cox: 'Kim olduğunuzun əhəmiyyəti yoxdur, transsansa, ətraf təhlükəsiz deyil'
Laverne Cox və rəfiqəsi 28 noyabr şənbə günü Kaliforniyanın Los-Anceles şəhərində parkda gəzərkən bir transfobun hədəfinə tuş gəliblər. Hücum ulduzun sarsıntı keçirməsinə səbəb olub.
Orange Is the New Black serialının ulduzu hadisədən qısa bir müddət sonra yüklənən canlı İnstaqram videosunda açıqlama verib ki, adının çəkilməsini istəmədiyi dostu ilə Griffith Parkda fiziki məsafəli gəzinti zamanı “aqressiv” reaksiya göstərən bir kişi onlardan saatın neçə olduğunu soruşub.
“Birlikdə olduğum dost saatına baxır və ona vaxtı deyir”, - dedi, “sonra vaxtı soruşan oğlan dostuma deyir: “Oğlansan yoxsa qız?” Dostum: “s*kdir'', - deyə cavab verdi.
Əlavə edib ki, Cox'un dostuna hücum etməyə başladıqda kişinin döyüşkən olduğuna əmin olublar. Ona zərbələr endirən Cox 911 nömrəsini yığmaq üçün mobil telefonuna atılsa da, “qəfildən hər şey bitdi və kişi yoxa çıxdı”
Laverne Cox: ‘Əgər transsansa, ətraf təhlükəsiz deyil’
10 dəqiqəlik videoda Cox kişinin saatı soruşmaqda məqsədinin cavab almaq olduğu nəticəsinə gəlmişdir.
"Kişi həqiqətən mənim trans olduğumu və ya olmadığımı tutması üçün cavab verməyimi istəyirdi", - deyə əlavə edib. “Bilmirəm niyə, nə üçün vacib olduğunu bilmirəm. Əvvəl-axır kimi maraqlandırır ki? Hudi və yoqa şalvarındayam, tamamilə örtülüyəm, maskamı da taxmışam - trans olmağım kimi maraqlandırır? Bu, sizin həyatınıza necə təsir edir? Dünya təhlükəsiz deyil. Və bu barədə çox düşünməyi sevmirəm, amma həqiqət budur."
Mənbə: PinkNews
Powered by Froala Editor