LGBTİ+lər Macarıstandan mühacirət edirlər
Homofob Viktor Orban LGBTİ+ macarları dövlətin düşməni elan etməsindən sonra onlar ölkədən qaçırlar.
27/Dec/20
1714
Homofob Viktor Orban LGBTİ+ macarları dövlətin düşməni elan etməsindən sonra onlar ölkədən qaçırlar. Ölkəni tərk etmək imkanı olan saysız-hesabsız macar LGBTİ+lər evlərini, dostlarını və dolanışıqlarını geridə qoyaraq, “daha yaxşı bir gələcəyə sahib olmaq xəyalı” qurmaları üçün çətin mühacirət çağırışı edirlər.
Populist, Fidesz partiyasının avtokratik lideri Viktor Orbanın sağçı hökumətinin əlində cəmləşmiş və kuir hüquqlarının sıxıçdırılması fonunda düşmənçilik ilə üzləşən LGBTİ+lər ölkədən qaçmaqdadırlar. Olduqca tez bir zamanda.
31 yaşında işə qəbul məsləhətçisi kimi çalışan Barbara Pongracz AFP -ə bunları deyib: "Partnyorumla xəyal etdiyimiz həyatı qura bilməyəcəyimiz, bəlkə də gələcəkdə ailəmin ola bilməyəcəyi məni ölkəni tərk etməyə təşviq edir."
"Mən sadəcə bu mənfi mühitdən bezmişəm."
Yerli kuirlər Macarıstanda ‘LGBTİ+ icmasının günah keçisi olduğunu’ söyləyir. LGBTİ+ vətəndaşlar Macarıstanda kök salmış qorxu mədəniyyətini izah edirlər. Şifahi təhdidlər sürətlə şiddətə səbəb olur, mental sağlamlıqları isə ürəkaçan deyil, göründüyü kimi hər ay daha çox hüquqları əllərindən alınır.
Təkcə bu həftə hökumət partiyanın zirvədəki yerini daha da gücləndirmək və möhkəmləndirmək üçün kuir macarların hüquqlarını məhdudlaşdıran - eynicinslilərin övladlığa götürmədə həlledici mülki azadlıqlarını əzən daha bir qanun qəbul edib.
Mənbə: PinkNews
Powered by Froala Editor