Katolik Kilsəsinin ən yüksək səviyyəli yepiskoplarından biri Papa Francis-in geylər haqqında söylədiklərini dəstəklədi və ailələri LGBT+ uşaqlarının yanında olmağa çağırdı. Mexiko şəhərinin arxiyepiskopu kardinal Carlos Aguiar Reuters-ə verdiyi açıqlamada Papa Francis-in eynicinsli vətəndaş birliklərinə dəstək şərhlərinə dayaq olduğunu söylədi.

Papa Francis oktyabr ayında Francesco adlı italyan sənədli filmində eynicinsli vətəndaş birliklərinə dəstəyini nümayiş etdirdikdən sonra qlobal manşetlərə imza atmışdı - lakin sonradan bu şərhlərin Meksika telekanalı Televisa ilə 2019-cu ildə müsahibədən götürüldüyü məlum oldu. 

Papa Francis-in şərhləri rəsmi Katolik Kilsəsinin doktrinasını dəyişdirməsə də, ümumilikdə, anti-LGBT+ təşkilatlarının kuir insanlara yanaşmasında tarixi bir dəyişiklik kimi qəbul edildi. Eynicinsli evlilik və abort hüquqlarına qarşı mübarizə aparan Aguiar indi Papa Francis-in arxasında olduğunu deyərək, ona dəstək çıxdı. 

Uzun müddətdir ki, pontifikin müttəfiqi olan Aguiar Reuters-ə: "Tamamilə razıyam", - dedi. O həm də Papa Francis-in ailələrin LGBT+ uşaqlarını rədd etməməsi ilə bağlı səsləndirdiyi fikrilər ilə razılaşdığını da söylədi.


“Belə bir şey olmamalıdır. Sadəcə olmamalıdır”, - dedi.

Aguiar "Əgər onlar başqa bir adamla birlikdə olmaq, birlik qurmaq üçün sərbəst qərar verirlərsə, bu, azadlıqdır", - deyə əlavə etdi.

Mənbə: PinkNews

Powered by Froala Editor