Uqandada yüksək profilli LGBT+ hüquqları üzrə vəkil insan haqlarına “hücumda” çirkli pulların yuyulması ittihamı ilə “zorakılıqla həbs olundu”. Uqandada yüksək profilli LGBT+ hüquqları üzrə vəkil Nicholas Opiyo aktivistlərin “insan haqları müdafiəçilərinə hücum” kimi təsvir etdikləri çirkli pulların yuyulması ittihamı ilə “zorakılıqla həbs olundu”.

Opiyo sərt anti-LGBT+ Afrika ölkəsində LGBT+ləri təmsil etməsi ilə məşhurdur. Onun icraçı direktoru olduğu insan hüquqları təşkilatı Chapter Four Uganda-nın verdiyi məlumata görə, o, çərşənbə axşamı 22 dekabrda Kampalada restoranda həbs edilib. Digər dörd vəkil - Anthony Odur, Herbert Dakasi, Simon Peter Esomu və Tenywa Hamid də həbs edilib. 

Təşkilat Opiyo'nun “qaçırılması və gizli tutulması” ilə əlaqədar dərin narahatlığını bildirib. Onun Kamwokya ətrafındakı Lamaro restoranında ondan çox silahlı, mülki geyimli şəxs tərəfindən həbs olunduğu bildirilir. O, digər dörd vəkillə birlikdə qandallanıb və gözləri bağlanılıb. 

İnsan hüquqları vəkili Nicholas Opiyo'nun 'vəhşicəsinə qaçırılması' pislənib. "Chapter Four cənab Opiyonun qanunsuz həbs olduğunu və qanunla qorunmadığını nəzərə alaraq, onun təhlükəsizliyi və mental rifahı ilə əlaqədar narahatdır", - deyə Chapter Four bəyanatla çıxış edib.

"Biz bu qəddar qaçırılmanı pisləyirik və həmkarlarımızın və tərəfdaşlarımızın şəxsi azadlığının özbaşına pozulmasını, ünsiyyətdən kənar tutulmasını qınayır və onların dərhal, qeyd-şərtsiz sərbəst buraxılmasına çağırırıq."


Mənbə: PinkNews 

Powered by Froala Editor