Yazı sənəti dərsləri  üçün müsabiqə


In-Visible film festivalı yerli kvir və qadın yazarları yazıçı Günel Mövludun təqdimatında baş tutacaq yazı sənəti və yazı təkmilləşdirmə dərslərində iştirak üçün müraciət etməyə dəvət edir. Seçimlər zamanı yeni başlayan, perspektivli və yerli sənətçilərə üstünlük veriləcəkdir.

Seçilən 10 iştirakçı öz sənət nümunələrini təkmilləşdirə biləcək, yazı sənətinin incəlikləri ilə tanış olmaq, onları maraqlandıran suallara cavab tapmaq şansı qazanacaqlar. Yazarlar, üzərində işlədikləri yazılar haqqında rəy ala biləcək, yazmaq istədikləri yazılar haqqında yazıçıdan məlumatlar alacaqlar. Dərslər zamanı yazıçıların istifadə etdiyi ədəbi və bədii üslublar haqqında informasiyaya çıxış əldə edəcəksiniz. Həmçinin siz dərslər zamanı yazar karyerasının qurulması, SMİ, nəşriyyat və ədəbi festivallarla işləmək siyasəti haqqında məlumatlar əladə edəcəksiniz.

Dərslər iki gün olmaqla hər gün 3 saatdan ibarət olacaq. Hər gün dərsin 2 saatı informasiya təminatı, 1 saatı sual-cavab şəklində həyata keçəcəkdir

Dərslərinin keçirilmə tarixi: 19.01.2021 və  22.01.2021

Vaxt: 13:00-16:00 (Bakı vaxtı ilə )

Dərslər onlayn formada keçiriləcəkdir.

Müraciət formunu buradan doldura bilərsiz.

Müraciət üçün son tarix: 17.01.2021 



Powered by Froala Editor