Braziliya seçkiləri: Trans siyasətçilər


Translar üçün dünyanın ən ölümcül ölkəsi olan Braziliyada yeni cığır açan cəsarətli trans millət vəkilləri ilə tanış olun.

Braziliyada 15 noyabr 2020-ci ildə yerli seçkilər keçirildi və ölkə daxilində minlərlə şəhər məclis üzvlərini seçdi.

Pandemiyanın ortasında və açıq şəkildə anti-LGBTİ+ ifrat sağçı federal hökumətlə keçirilən seçkinin nəticələri ən müxtəlif siyasi partiya və spektrlərdən olan LGBTİ+ fəallarının sayının artmaqda olduğunu göstərir.

Prezident Jair Bolsonaro tərəfindən dəstəklənən namizədlərin dağıdıcı məğlubiyyətlərlə üzləşdikləri zamanda dini vəzifələrdən istifadə edən (keşiş, missioner və bu kimi şeylər) və ümumiyyətlə, homofobik təbliğatın ön sıralarında olan seçilmiş məmurların sayı aşağı yuvarlandı. 



Bu il LGBTİ+ icması 48 şəhər məclis üzvü seçdi və 450.000-dən çox səs aldı - və dünyanın ən çox trans öldürülən ölkəsində namizəd olan translar xüsusilə qeyd olunmağa layiqdirlər.

İyirmi beş trans seçilib, bu da 2016-cı ildəki yerli seçkilərə nisbətən 212 faiz nisbətində artım deməkdir. 56.000-dən çox müşavirin seçildiyini nəzərə alsaq, şübhəsiz ki, bu rəqəm azdır, lakin bu faktı görməzdən gəlmək olmaz.

Trans namizədlər varlıqlarını milli səviyyədə artırmağı bacardılar və hələ də bəzi əyalət paytaxtlarında ən çox səs qazananlar sırasındadırlar. 



Powered by Froala Editor