Hindistan bərabərhüquqlu evlilik uğrunda ağır döyüşə hazırlaşır


Hindistan bərabərhüquqlu evlilik uğrunda ağır döyüşə hazırlaşır. Bu ruhlandırıcı cütlük mübarizəyə rəhbərlik edir.

Hindistanda nikah bərabərliyi üçün təqdimata rəhbərlik edən iki qadın “bunu özləri kimi gənclər üçün etdiklərini” söyləyirlər.

Səkkiz ildir, birlikdə olan Kavita Arora və Ankita Khanna 2020-ci ilin oktyabrında konstitusional hüquqlarından istifadə edərək evlənmək üçün Delhi məhkəməsinə müraciət ediblər.

Məhkəmədə vəsatət qaldırmış digər iki LGBT + cütlüyü ilə birlikdə onlar rəsmi tanınma olmadan “qanunla yad” olduqlarını iddia edirlər.

"Birlikdə möhtəşəm həyat qurmuşuq, amma bunun qanuniliyi haradadır?", - deyə Khanna TIME portalına deyib. Hindistanın 2018-ci ildə eynicinsli münasibətləri dekriminallaşdırmasına baxmayaraq, Arora və Khanna-nın münasibətlərinin hüquqi statusu yoxdur.


Bu isə mülkiyyət hüquqlarını paylaşa bilmədiklərini, bir-biriləri üçün koronavirus pandemiyasınım dünyanı bürüdüyü dövrdə qəfildən daha da aktuallaşan tibbi qərarları qəbul edə bilmədiklərini, qısası, Hindistandakı heteroseksual evli cütlüklərin əldə etdikləri hüquqlardan məhrum olduqlarını göstərir.

“Evlilik yalnız iki şəxs arasındakı münasibət deyil - o, iki ailəni bir araya gətirir. Ancaq eyni zamanda da, hüquq paketidir. Biz evliliyin təmin etdiyi hüquqlar paketinin qorunmasını istəyirik, evli cütlüklərin avtomatik olaraq əldə edəcəyi hər bir haqq və ya hüquqlar üçün səlahiyyətlilərdən münasibətlərimizi qəbul etməsinə çalışmırıq”, -deyə Arora The Print-ə söyləyib.

Hindistanda bərabərhüquqlu evlilik uğrunda hüquq mübarizəsi uzun müddət davam edəcək - məhkəmə sistemi məlum dərəcədə ləngdir, dini qruplar müqavimət göstərir və baş nazir Narendra Modi hökumətinin ən yaxşı vəkili bərabərhüquqlu evliliyə qarşı iddialar irəli dürür. 



Powered by Froala Editor