Keşiş transklüzivlik və qəbuletmə haqqında güclü bir mesaj verir: ‘Biz hamımız Allahın övladlarıyıq’.


Keşiş translar haqqında güclü sevgi və həmrəylik mesajı verdikdən sonra davamçılarının tərifini qazandı.

Braziliyanın Sao Paulo şəhərindən olan Katolik rahib ata Julio Lancellotti 7 yanvar cümə axşamı günü trans qadınlarla olan şəkillərini paylaşaraq bərabərliyin lehinə çıxış etdi.

İnstagram-da 340 mindən çox izləyicisi olan Lancellotti bir postunun altına: “Ayrı-seçkilik və qərəzlə mübarizə sonsuz bir mübarizədir.” - deyə  yazdı. 


İkinci fotoşəkildə o, “Biz hamımız Allahın övladlarıyıq” dedi və davamçılarını “hər zaman qəbul etməyə, heç vaxt ayrıseçkilik etməməyə” çağırdı.


Lancellotti'nin Braziliyanın trans icmasına verdiyi dəstək Katolik kilsəsinin trans hüquqları mövzusunda reqressiv mövqeyini nəzərə alsaq, bəziləri üçün sürpriz ola bilər.

Bununla birlikdə, keşiş ölkədə bərabərlik üçün çıxışlar edən vəkil olaraq tanınır.

LGBTİ+ icmasına güclü bir müttəfiq kimi ad çıxarmış və dəfələrlə kuir insanların hüquqlarının lehinə danışıb. 

72 yaşlı Lancellotti karyerası boyunca evsiz insanlarla də yorulmadan çalışmışdır. 2018-ci ildə evsiz trans qadından Braziliya cəmiyyətinin əlində gördüyü dəhşətli rəftarlara görə özünün bağışlanmasını istədiyi videosunu paylaşarkən sosial mediada şöhrət qazanmışdı.



Powered by Froala Editor