Uqanda prezidenti LGBTİ+ləri ‘sapqın’ adlandırıb


Uqanda prezidenti LGBTİ+lərin 'təqib olunmadıqlarını' yalançı şəkildə iddia edərək onları ‘yolunu azmış’ adlandırıb.

Uqanda prezidenti Yoweri Museveni geylərin “yollarını azdıqlarını” və LGBTİ+ hüquqları uğrunda hərəkatın “sosial imperializmin” bir növü olduğunu söylədi.

1986-cı ildən bəri Uqanda prezidenti olan Museveni CNN əməkdaşı Christine Amanpour-a verdiyi müsahibəsində siyasi liderlərin və toplumun LGBTİ+lərdən niyə bu qədər qorxduğunu şərhləndirdib. 

Amanpour Museveni-dən Uqanda “geylərə qarşı müqavimətin və təcavüzün” niyə bu qədər geniş yayıldığını və qəbul edildiyini soruşduqda, o, kuir insanların yollarını azdıqlarını israr edib və ölkəsindəki insanların onları qəbul etmədiyini söyləyib.

"İndi bizim dünyanın bəzi yerlərindən Afrikaya doğru sosial imperializm problemimiz var" - deyə Museveni əlavə edib. 

“Homoseksuallar Afrika üçün yeni bir şey deyil. Onlar burada olublar. Biz onları tanıyırıq. Ancaq onlar haqqında fərqli baxışımız var. Onların pozğun olduğunu düşünürük. Onlar normaldan sapmış insanlardır.

“Onlar öldürülmürlər, məzhəkə olunmurlar, təqib olunmurlar, amma biz onları təbliğ etmirik ... Biz homoseksuallığı alternativ bir həyat tərzi kimi təbliğ etmirik.”

O davam edərək: "Biz sizin, Qərbin yolu yolu ilə, homoseksuallığın alternativ bir həyat tərzi kimi təşviq edilməsi ilə razılaşmırıq", - deyib.


Mənbə: PinkNews


Powered by Froala Editor